Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Fontanın əlamətləri müşahidə olunduqda, svab dərhal quyudan çıxarılmalıdır. 3.3.9



Yüklə 2,46 Mb.
səhifə38/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   34   35   36   37   38   39   40   41   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

3.3.8 Fontanın əlamətləri müşahidə olunduqda, svab dərhal quyudan çıxarılmalıdır.
3.3.9 Fontan quyularının mənimsənilməsi zamanı məcburi dayanma və ya fasilə olduqda, fontan armaturunun mərkəzi siyirtməsi üçboğaz və ya xaçvaridə (krestoviki) olan siyirtmələr bağlanmalıdır.
3.3.10 Quyuya sıxılmış havanın vurulması və yaxud mayenin hava ilə aerasiyası vasitəsilə quyudan axının əmələ gətirilməsi prosesində fasiləyə yol verilməməlidir.
3.3.11 AYTL quyularının mənimsənilməsi işlərini aparan müəssisədə neft-qaz təzahürü və açıq fontanların qarşısının alınması üzrə daimi fəaliyyət göstərən komissiya yaradılmalıdır.
3.3.12 AYTL quyularının mənimsənilməsi zamanı buruqda yanğınsöndürmə maşını növbə çəkməlidir.
3.3.13 Quyular səyyar qurğularla mənimsənildikdə, bu qurğular quyu ağzından 25m-dən az olmayan məsafədə yerləşdirilməlidir.
3.3.14 Quyuların köpüklə mənimsənilməsində oddan təhlükəsiz və zərərsiz səthi aktiv maddə-lərin (SAM) sulu məhlulundan istifadə edilməlidir.
3.3.15 Quyuların mənimsənilməsi günün qaranlıq vaxtı aparılarsa, iş yerləri müva-fiq normala-ra uyğun isıqlandırılmalıdır.
3.3.16 Quyunun ağzında quraşdırılmış çıraqlar partlayışdan mühafizəli icrada olmalıdır.


Quyuların fontan və kompressor üsulu ilə istismarı
3.3.17 İstismara verilən quyunun müvafiq standartlara uyğun armaturlarla təchiz olunmuş germetik quyu ağzı olmalıdır.
3.3.18 Quyudan kompressor xəttinə neft və qazın düşməsinin qarşısını almaq üçün quyunun yanında qaz-hava paylaşdırıcı batareyadan gələn xətdə əks klapanlar quraşdırılmalıdır.
3.3.19 Səyyar kompressorların daxili yanma mühərriklərinin işlənmiş qaz atqı boruları səsboğan və qığılcımsöndürənlə təchiz edilməlidir.
3.3.20 Qaz və hava kollektorlarının qaz-hava paylayıcı butkasında ucu butkadan 10m-dən az olmayan məsafəyə çıxarılmış boru xətti nəzərdə tutulmalıdır.
3.3.21 Qaz paylayıcı batareyalar otağının xaricində “Qaz oddan təhlükəlidir” sözləri yazılmış plakat asılmalıdır.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə