Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ



Yüklə 2,46 Mb.
səhifə35/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   31   32   33   34   35   36   37   38   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

Mədən-geofiziki işləri



3.2.1 Ümumi tələblər
3.2.1.1 Mədən-geofiziki işləri qüvvədə olan «Edinıye pravila bezopasnosti pri vzrıvnıx rabo-tax», «Osnovnıe sanitarnıye pravila rabot s radioaktivnımi veşestvami i druqimi istoçnikami poniziruyuşix izluçeniy OSP-80», «Pravila bezopasnosti pri transportirovanii radioaktivnıx veşestv» i «Normı radioaktivnoy bezopasnosti i NRB-80» sənədlərin tələblərinə müvafiq aparılmalıdır.
3.2.1.2 Mədən-geofiziki işləri sifarişçinin nümayəndəsinin iştirakı ilə partiyanın (dəstənin) rəisinin rəhbərliyi altında aparılmalıdır.
Qeyd: Dəstənin rəisi olmadıqda müəssisə üzrə əmrlə və ya sərəncamla məsul şəxs təyin edilməlidir. Qeyd: Partiya rəisi olmadıqda müəssisə üzrə əmrlə və ya sərəncamla məsul şəxs təyin edilməlidir.
3.2.1.3 Quyunun mədən-geofiziki işlərinə hazırlığı müəyyən olunmuş aktla rəsmiləşdirilir, sifarişçinin məsul nümayəndəsi və geofizika partiyasının rəhbəri tərəfindən imzalanır. Quyunun hazırlıq aktı geofizika partiyasının rəisinə təqdim edildikdən sonra işə başlamağa icazə verilir.
3.2.1.4 Geofizika partiyasında yanğın təhlükəsizliyinə üzrə cavabdeh şəxs partiyanın rəisi hesab edilir.
3.2.1.5 Mədən-geofizika işlərində gərginliyi 380V-dan yüksək olan elektrik şəbəkəsindən istifadə etmək qadağandır.
3.2.1.6 Tufan zamanı qaz təzahürlü quyularda mədən-geofizika işlərinin aparılması qadağan-dır.
3.2.1.7 Mədən-geofizika avadanlıqlarının elektrik güc və ya işıqlandırma şəbəkəsinə qoşul-ması üçün buruqda yerləbirləşmə kontaktlı ştepsel razetkası quraşdırılmalıdır.
3.2.1.8 Neft və qaz təzahürü mümkün olan quyularda və yaxud qaz təzahürünə görə ağzı kip-ləşdirilmiş quyularda karotaj qaldırıcıları və laboratoriya küləkdöyən tərəfdə yerləşdirilməlidir.
3.2.1.9 İşçi meydançada quraşdırıldıqdan laboratoriya və karotaj qaldırıcısının metal gövdələri yerlə birləşdirilməlidir.
3.2.1.10 Geofizika aparatları dəstinə daxil olan elektrotexniki qurğuların istismarı bu Qaydanın “Elektrotexniki qurğular” bölməsinin tələblərinə uyğun aparılmalıdır.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə