Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Tufan vaxtı qəti qadağandır: - qazötürən borulardan istehsalat tullantılarının atmosferə buraxılması; -



Yüklə 2,46 Mb.
səhifə31/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   27   28   29   30   31   32   33   34   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

2.9.11 Tufan vaxtı qəti qadağandır:
- qazötürən borulardan istehsalat tullantılarının atmosferə buraxılması;
- istehsalat və məişət otaqlarının, pəncərə və qapılarının açıq saxlanılması.
2.9.12 Birbaşa ildırım vurmasından və statik yüklənmədən çənlərin etibarlı qorunması məqsə-dilə onların ildırım ötürücülərinin və yerləbirləşdirici qurğularının sazlığı OM müqavimətinin ölçülməsi ilə, ildə bir dəfədən az olmayaraq, yay aylarında suxurların quru halında yoxlanılmalı-dır.
2.9.13 Yeraltı qurğuların azan cərəyan nəticəsində əmələ gələn korroziyadan qorunması məq-sədilə mövcud olan izolyasiya örtüyü və tətbiq edilən elektrik mühafizəsi üsullarından başqa (drenajlar, katod stansiyaları və izoləedici flanslar) elektrik qurğularında sistematik olaraq profi-laktik tədbirlər aparılmalıdır (izolyasiyanın müqavimətini norma səviyyəsində saxlamaq, əks naqil kimi torpaqdan istifadə etməmək).


BÖLMƏ III. Quruda neft-qazçıxarma obyektlərində texnoloji proseslərə yanğın təhlükəsizliyi tələbləri.


3.1 Neft və qaz quyularının qazılması.


3.1.1 Ümumi tələblər
3.1.1.1 Quyuların qazılması zamanı «Edinıye texniçeskiye pravila vedeniya rabot pri stroi-telstve skvajin na neftyanıx, qazovıx mestorojdeniyax» və “Neft qazçıxarma sənayesində təhlü-kəsizlik Qaydaları”nın tələblərinə riayət olunmalıdır.
3.1.1.2 Qazma qurğuları üçün ayrılmış meydança radiusu 50m az olmamaqla planlaşdırıl malı, yerüstü və yeraltı boru xətləri və kabellərdən azad edilməli, agaclardan və otlardan təmiz-lənməlidir. Qazma meydançasının ətrafında yanğın texnikalarının yerləşdirilmə sahəsinin eni 12m az olmamalıdır. Bu sahə ilə quyuağzı arasındakı məsafə 15m çox olmamalıdır.
3.1.1.3 Daxiliyanma mühərrikli qazma nasosları çətin yanan materialdan tikilmiş ayrıca otaqlarda quraşdırıla bilər.
3.1.1.4 Daxili yanma mühərrikləri yerləşdirilən otaqlarda yanacaq və silgi materiallarının saxlanılması qadağandır.
3.1.1.5 Daxili yanma mühərriklərinin yanacaq çənləri ilə binaların xarici divarları və buruq tikililəri arasındakı məsafə 40m-dən az olmamalıdır. Yanacaq xəttində iki bağlayıcı qurğu olmalıdır: biri yanacaq çəninin yanında, digəri isə maşın zalının xarici divarından 5m məsafədə quraşdırılmalıdır.
Qeyd: Ayrıca otaqda yerləşdirilmiş daxili yanma mühərrikinin həmin otağın içərisində həc-mi 200 litrə qədər olan yanacaq tutumunun quraşdırılmasına icazə verilir.
3.1.1.6 Atqı xəttinin otağın divarından, döşəməsindən və ya tavanından keçən yerlərində odadavamlılıq həddi 0,75 saatdan az olmayan materiallardan hazırlanmış germetikləşdirici qurğular quraşdırlımalıdır.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə