Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


İldırımdan və statik elektrikləşmədən mühafizə



Yüklə 2,46 Mb.
səhifə30/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   26   27   28   29   30   31   32   33   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

2.9 İldırımdan və statik elektrikləşmədən mühafizə


2.9.1 Obyektdə istehsalat qurğu və avadanlıqlarının statik elektrikləşmədən qorunması qüv-vədə olan norma və qaydalara əsasən aparılmalıdır.
2.9.2 Müəssisədə ildırımdan və statik elektrikləşmədən mühafizə qurğularının vəziyyətinə cavabdehlik müəssisənin baş energetikinə və ya elektrik təsərrüfatına cavabdeh şəxsə həvalə edilir.
2.9.3 İldırımın təkrar təsirindən və statik elektrikləşmənin boşalmasından mühafizə olunmaq üçün bütün metal aparatlar, çənlər, qazqolderlər, qaz kəmərləri, neft kəmərləri, boşaltma-doldurma qurğuları, içərisində AAM və YM olan qurğular, binaların daxili və xaricində yerləşməsindən asılı olmayaraq yerlə birləşdirilməlidir.
2.9.4 Heyətin sənaye tezlikli elektrik cərəyanı zədələnməsindən və ya ildırımdan mühafizə üçün nəzərdə tutulmuş yerlə birləşdirici qurğulardan statik elektrikləşmənin ötürülməsi üçün istifadə edilə bilər.
2.9.5 Yalnız statik elektriləşmə yüklərinin ötürülməsi üçün nəzərdə tutulmuş yerləbirləşdirici qurğuların müqaviməti 100 OM-dan çox olmamalıdır.
2.9.6 Ayrılıqda quraşdırılmış tutum, aparat və aqreqatların fərdi yerləbirləşdiricisi olmalı və ya onlar ayrı-ayrılıqda aparatın yaxınlığından keçən ümumi yerəbirləşdirmə xəttinə qoşulmalıdır.
Bir neçə yerləbirləşdiricinin aparat, aqreqat və boru kəmərlərinin yerləbir­ləşdirmə xəttinə ardıcıl qoşulması qadağandır.
2.9.7 AAM və YM doldurub-boşaltma əməliyyatı altında olan avtosisternlər, vaqon-sisternlər, həmçinin yanacaq daşıyan gəmilər doldurma-boşaltma əməliyyatından əvvəl və əməliyyat zamanı yerəbirləşdirici qurğusuna qoşulmalıdır. Yerləbirləşdirici keçirici (naqil) kimi en kəsiyi 16 mm2 -dən az olmayan elastik (çox damarlı) mis məftildən istifadə edilməlidir.
Keçiricilər avtosisternlərin və vaqon-sisternlərin gövdələrinə bolt vasitəsi ilə etibarlı birləşdirilməlidir. Yerləbirləşdirici pozularsa qüsur aradan qaldırılana qədər doldurma-boşaltma əməliyyatı dayandırılmalıdır.
2.9.8 Mühafizə qurğularına baxış və onların cari təmiri texnoloji avadanlıqlara baxış və təmirlə eyni zamanda aparılmalıdır.
Avadanlıqların yerlə birləşməsi xüsusi cihazlarla, ildə bir dəfədən az olmayaraq, hər təmirdən sonra yoxlanılmalıdır.
2.9.9 İstehsalat binalarda və xarici qurğularda, estakadalarda və s. yerləşdirilmiş avadanlıq və boru kəmərləri bütün uzunluqları boyunca arası kəsilməyən zəncirvarı şəkildə yerləbirləşdirici qurğuya qoşulmalıdır.
2.9.10 AAM və YM çənlərə, sisternlərə və taralara sərbəst axan şırnaqla doldurulması qəti qadağandır.
Tutumlara mayenin vurulması və doldurulması yalnız tutumdakı mayenin səviyyəsinin altına verilməklə yerinə yetirilməlidir.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə