Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ



Yüklə 2,46 Mb.
səhifə28/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   24   25   26   27   28   29   30   31   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

2.7.1.14 Partlayış-yanğın təhlükəli otaqlarda və xarici qurğuların partlayış təhlükəli zonala-rında qadağandır:
- qoruyucu yerləbirləşdiricisi, qapaqlarının, işə salma qurğusunun blokirovkası nasaz və ör-tüyünün partlayışdan mühafizə ünsiyyəti pozulmuş elektrik qurğularının işə salınması;
- partlayışdan mühafizəli icralı elektrik avadanlıqlarının cərəyan keçirən hissələri gərginlik altında olan zaman gövdənin örtüyünün açılması;
- qısa qapanmadan avtomatik açılmış elektrik qurğularının açılmanın səbəbi aşkar və ləğv edilmədən işə salınması;
- istifadə edilməyən elektrik şəbəkəsinin gərginlik altında saxlanılması;
- qısa qapanma cərəyanlarından və izafi yüklənmədən qorunmayan elektrik qurğularının işə salınması;
- partlayışdan mühafizəsi olan elektik avadanlıqlarının naqil və kabelləri nominal parametr-lərdən artıq yüklənməsi;
- qığılcımdan mühafizəli icralı cihazların dəstinə daxil olmayan cihazların, digər aparat və dövrələrin bu cihazın qida mənbələrinə qoşulması;
- elektrik avadanlıqlarının qoruyucularının (istilik elementləri, ayırıcılar və s.) digər növ və ya həmin elektrik avadanlığının hesablanmamış qoruyucularla əvəz edilməsi.
2.7.1.15 Partlayış təhlükəli zonalarda (otaqlar və ya xarici qurğularda) yalnız partlayışdan qorunma səviyyəsi partlayış təhlükəli zonanın sinfinə uyğun, ondan yüksək, partlayışdan mühafizənin növü isə partlayış təhlükəli qatışığın kateqoriya və qrupuna uyğun olan, partlayışdan mühafizəli elektrik avadanlıqlarının istifadəsinə icazə verilir.
2.7.1.16 Xaricdə istehsal olunan, istismarda olan partlayışdan mühafizəli elektrik avadanlıq-larının partlayış təhlükəli zona və mühitdə quraşdırılması mümkünlüyü haqqında sınayıcı təşki-latın qərarı olmalıdır.
2.7.1.17 Öz qüvvələri hesabına və ya qeyri-ixtisaslaşdırılmış təşkilatlar tərəfindən hazırlanmış və partlayışdan mühafizə nişanı və ya Dövlət Nəzarət təşkilatının yazılı icazəsi olmayan elektrik avadanlıqlarının istismara buraxılması qadağandır.
2.7.1.18 Konstruksiyasında nəzərdə tutulmuş örtük detalları, o cümlədən, bərkidiciləri çıxa-rılmış partlayışdan mühafizəli elektrik avadanlıqlarının istismarı qadağandır.
2.7.1.19 Partlayışdan mühafizəsi olan elektrik avadanlıqlarının konstruksiyalarında hər hansı bir dəyişikliyin edilməsi qadağandır.



Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə