Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ



Yüklə 2,46 Mb.
səhifə29/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   25   26   27   28   29   30   31   32   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

2. 8 Elektrik işıqlandırılması


2.8.1 Elekrtik işıqlandırma qurğuları BCH 34-91 və digər qüvvədə olan norma və qaydaların uyğun bölmələrinin tələblərinə cavab verməlidir.
2.8.2 Qurğularda (binalarda və xaricdə) işçi işıqlandırılmanın kəsilməsi və bununla əlaqədar avadanlıq və mexanizmlərin normal xidmətinin pozulması nəticəsində partlayış və ya yanğın ehtimalına qarşı qəza işıqlandırma qurğusu nəzərdə tutulmalıdır.
2.8.3 Qəza işıqlandırma çıraqlarının işçi işıqlandırma çırağından fərqləndirilməsi üçün xüsusi işarələri (və ya rəngi) olmalıdır.
2.8.4 Növbətçi elektrotexniki heyətdə müəssisədə istifadə olunan əriyə bilən kalibrləşmiş taxmaların, bütün növ çıraq və lampaların ehtiyat komplekti olmalıdır. Növbətçi və əməli təmir heyyəti qəza işıqlandırılmasının mövcudluğundan asılı olmayaraq mobil elektrik çıraqları ilə təchiz olunmalıdır.
2.8.5 Partlayışdan mühafizəli əl çıraqlarının gərginliyi 12 V-dan çox olmamalıdır.Onlar avtonom mənbədən və ya gövdəsi və sarğının 12 V gərginlikli çıxışının biri yerlə birləşdirilən iki sarıqlı transformatordan qidalandırılmalıdır.
2.8.6 Mobil çıraqların şüşə qapağı metal tor ilə mühafizə olunmalıdır.
2.8.7 Konstruksiyasında nəzərdə tutulmuş qalpağı, şüşəsi və toru olmayan stasionar və əl çıraqlarının istifadəsi qadağandır.
2.8.8 İşıqlandırma şəbəkəsi elə quraşdırılmalıdır ki, çıraqlar binanın yanan materiallardan hazırlanmış konstruksiyaları ilə təmasda olmasın.
2.8.9 Metal örtüklü borulu naqillərdən, metal gövdəli izolyasiya borucuqlarından, həmçinin paylayıcı işıqlandırma şəbəkələr qrupunda naqilin qurğuşun örtüyündən yerlə birləşdirici kimi istifadə edilməsi qadağandır.
2.8.10 Partlayış təhlükəli binalar və xarici qurğuların (maşın zalları, kompressor stansiyaları, neft nasosxanaları, qazpaylayıcı batareyaları, çən parkları) elektrik işıqlandırılması partlayışdan mühafizəli çıraqlarla yeürinə yetirilməlidir.
2.8.11 Kipgəci olmayan çıraqlar rütubətli və partlayış-yanğın təhlükəli otaqlarda quraşdırıldıq-da, çıraqların girişləri doldurucu kütlə ilə doldurulmalıdır.
2.8.12 İşıqlandırıcı armaturların dəyişdirilməsi, başqa yerə keçirilməsi və ya yeni çıraqların quraşdırılması zamanı, işıqlandırıcı armaturlardan və ya patronlardan çıxan naqillər onların birləşdiyi yerdən başlayaraq izolə edilməlidir.
Naqillər çırağa giriş yerində dartılmaya və ya sürtünməyə, patronların kontaktları isə mexaniki təsirə məruz qalmamalıdır.
2.8.13 Bütün hallarda çıraqların armaturlarının etibarlı birləşdirilməsi təmin olunmalıdır. Asma armaturlar onlar üçün xüsusi müəyyən olunmuş qarmaqlardan asılmalı və ya yiv birləşmə-lərinin köməyi ilə polad boruya bərkidilməlidir. İşıqlandırıcı armaturların naqillərdən asılmasına yol verilmir.
Armaturların bərkidildiyi kronşteyn və ya boruların içərisində naqillərin birləşdirilməsi qadağandır.
Armaturlar tavana sıx quraşdırıldıqda (plafon) izolə materialları ilə rozetkaya bərkidilməli-dir.
2.8.14 Yanğın təhlükəli anbar otaqlarında yalnız şüşə qalpaq ilə təchiz olunmuş mühafizə çıraqların quraşdırılmasına və istismarına yol verilir.
Paylaşdırıcı şitlər və elektrik açarları anbar otaqlarının xaricində quraşdırılmalıdır.
2.8.15 Partlayış təhlükəli binalarda və xarici qurğularda təmir və baxış zamanı yerli işıqlan-dırma məqsədi ilə yalnız partlayışdan mühafizə səviyyəsi partlayış təhlükəli zonanın sinfinə, mühafizə növü isə partlayış təhlükəli qarışığın qrup və kateqoriyasına uyğun gələn, gərginliyi 12 V-dan yüksək olmayan partlayışdan mühafizəli çıraqlardan istifadə edilməlidir.
Partlayışdan qorunmayan mənbələrdən (trasformatorlardan, akkumlyatorlardan və s.) qida-lanma zamanı, bu mənbələr partlayış təhlükəli zonanın hüdudundan kənarda yerləşdirilməlidir.
2.8.16 Partlayışdan qorunma nişanı, plombu və ya konstruksiyasında nəzərdə tutulmuş bir sıra detalları olmayan partlayışdan mühafizəli çıraqların partlayış təhlükəli otaqlarda istismarı qadağandır.
2.8.17 Partlayışdan mühafizəli əl çıraqları sənədləşdirilməklə (şəxsi imza atmaqla) saz halda və ancaq iş yerinə yetirilmə müddətinə istifadəyə verilir.
İşin sonunda təmizlənməli və müvafiq qaydada sənədləşdirilməklə qaytarılmalıdır.
2.8.18 Partlayışdan mühafizəli çıraqların daxilində quraşdırılmış qidalanma mənbələrinin (akkumlyatorların, batareyaların) lampalarının dəyişdirilməsi ancaq elektrik sexinin rəisi və ya baş energetikin sərəncamı ilə bu çıraqlara xidmət edən şəxs tərəfindən aparılmalıdır.
Yuxarıda göstərilən bütün əməliyyatlar, həmçinin çıraqlar bütün akkumlyatorların yüklənməsi partlayışdan təhlükəsiz yerdə quraşdırılmalıdır.



Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə