Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Müxtəlif təyinatlı naqillər normal və qəza rejimlərində qızmanın buraxıla bilən həddinə olan tələbləri təmin etməlidir. 2.7.1.9



Yüklə 2,46 Mb.
səhifə27/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   23   24   25   26   27   28   29   30   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

2.7.1.8 Müxtəlif təyinatlı naqillər normal və qəza rejimlərində qızmanın buraxıla bilən həddinə olan tələbləri təmin etməlidir.
2.7.1.9 Elektrik qurğularının istismarı zamanı qadağandır:
- izolyasiyası zədələnmiş və istismar prosesi zamanı qoruyucu elektrik izolyasiya xüsusiyyət-lərini itirmiş kabel və naqillərdən istifadə etmək;
- odadavamlı altlığı olmayan elektrik qızdırıcı cihazlardan istifadə etmək, həmçinin onları şəbəkəyə qoşulmuş halda nəzarətsiz qoymaq;
- otağın qızdırılması üçün standarta uyğun gəlməyən (qeyri zavod istehsalı olan) qızdırıcı elektrik sobalarından və ya bu məqsədlər üçün közərmiş lampalardan istifadə etmək;
- ucları izolə olunmamış elektrik kabel və naqilləri gərginlik altında saxlamaq;
-zədələnmiş razetkalardan, şaxələndirici və birləşdirici korobkalardan, açarlardan və digər elektrik məmulatlarından istifadə etmək;
- iş prosesində səthinin temperaturu ətraf mühitin temperaturundan 40oC-dən çox olan elektrik mühərriklərini və digər elektrik avadanlıqlarını istismar (əgər bu elektrik avadanlıqlarına başqa tələblər qoyulmayıbsa) etmək.
2.7.1.10 Bütün elektrik qurğuları qısa qapanma cərəyanından və digər anomal rejimlərdən (alışmaya və yanğına gətirib çıxaran) qoruyucu aparatlarla müfafizə olunmalıdır. Qoruyucuların əriyən taxmaları üzərində nominal cərəyanı göstərilməklə kalibirlənməlidir (möhür qoruyucunu istehsal edən zavod və ya elektrotexniki labarotoriya tərəfindən vurulmalıdır).
2.7.1.11 Bütün elektrik mühərrikləri, idarəetmə, işə salıcı-tənzimləyici, nəzarət-ölçü və qoruyucu aparatlar və eyni zamanda bütün köməkçi elektrotexniki avadanlıq və naqillər icrasına görə ətraf mühit şəraitinə, “ПУЭ” qaydalarına uyğun olmalıdır.
2.7.1.12 İzolyasiyasız naqillərin partlayış təhlükəli otaqlarda (binalarda) istifadəsi qadağan-dır.
2.7.1.13 İçərisində yanar maye, yanar və ya partlayış təhlükəli qazlar olan texnoloji boru kəmərlərindən, həmçinin korroziyaya qarşı sərt örtüklə izolə edilmiş boru kəmərlərindən, yerləbirləşdiricilər və yerləbirləşdirici ötürücülər kimi istifadə olunması qadağandır.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə