Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


İşin sonunda bütün elektrik qida mənbələri söndürülməlidir. 3.2.1.12



Yüklə 2,46 Mb.
səhifə36/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   32   33   34   35   36   37   38   39   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

3.2.1.11 İşin sonunda bütün elektrik qida mənbələri söndürülməlidir.
3.2.1.12 Karotaj və qazkarotaj stansiyalarında primus, qalay lampalarından və digər açıq odla işləyən qurğulardan isifadə etmək qadağandır.
3.2.1.13 İş yerlərinin qızdırılması və işıqlandırılması üçün yalnız karotaj, qazkarotaj stansiya, laboratoriyanın layihələrində nəzərdə tutulmuş qızdırıcı cihazdan istifadə edilməlidir.
3.2.1.14 Karotaj stansiya avtomobillərinin qaz-atqı boruları qığılcımsöndürənlərlə təchiz olun-malıdır.
3.2.1.15 Karotaj və digər stansiya və laboratoriyalar avtomobillərin istismarı üzrə təlimata əsa-sən, lazımi yanğınsöndürmə vasitələri ilə təchiz olunmalıdır.
3.2.1.16 Fəaliyyətdə olan neft quyularında mədən-geofizika işlərinin aparılması zamanı quyu ağzı armaturların, siyirtmələrin, boruların, flans və digər detal və avadanlıqların qızdırılması üçün açıq alovdan istifadə etmək qadağandır.
3.2.1.17 Blok-balansın diyircəyi, ötürücü xətti və digər avadanlıqları donduqda onların qızdı-rılması üçün yalnız buxar və ya isti su ilə icazə verilir.
3.2.1.18 Qaz karotaj işləri vaxtı cihazda yüksək qaz göstəricisi qeyd olunarsa, növbətçi opera-tor dərhal qazma briqadasına qaz tullanışının mümkünlüyü barədə xəbər verməli, tullanış baş verdikdə isə stansiyanın təhlükəsiz yerə köçürülməsini təşkil etməlidir.


Quyularda geofiziki tədqiqatlar (QGT)
3.2.1.19 Quyu ağzında izafı təzyiqlə işləyən quyularda geofiziki tədqiqatlar öz-özünə kipləşdi-rici kipkəci olan lubrikator vasitəsilə aparılmalıdır.
Lubrikator quyunun istismarı zamanı quyu ağzında maksimal gözlənilən təzyiqdən az olmayan təzyiqə sınanmalıdır. Lubrikator quyunun istismarı zamanı quyu ağzında maksimal göslənilən təzyiqdən az olmayan təzyiqdə aparılmalıdır.
3.2.1.20 Qazma quyularında qazma bucurğadı və intiqalı nasaz vəziyyətdə olduqda bu quyu-larda geofiziki tədqiqatların aparılması qadağandır.
3.2.1.21 Radiaktiv maddələrin partlayış təhlükəli, yanar və digər materiallarla bir yerdə (mü-vəqqəti olaraq) saxlanılması qadağandır.



Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə