Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ



Yüklə 2,46 Mb.
səhifə34/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   30   31   32   33   34   35   36   37   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

3.1.1.30 Havanın üfürülməsilə aparılan qazma zamanı açılmış laydan çıxan qazın həcmi miqdarı qarışıqda 3%-dən çox olarsa, qaz məşələ yönəldilməlidir.
3.1.1.31 Kompressorların yanında və buruğun girişində “Siqaret çəkmək qadağandır!” , “Ehtiyatlı ol!” sözləri yazılmış plakatlar asılmalıdır.


Quyu-lay sistemində differensial təzyiqin tənzimlənməsi ilə quyuların qazılması
3.1.1.32 Quyu-lay sistemində differensial təzyiqin tənzimlənməsi üsulu ilə quyuların qazılması işlər xüsusi hazırlıqlı, bu işlərin təhlükəsiz görülməsi üzrə əlavə məşğələlər və təlimatlar keçmiş, yanğın zamanı hərəkət qaydalarını bilən, quyu-lay sistemi üzrə əlavə avadanlıqlara xidmət etməyi bacaran qazma briqadası tərəfindən aparılmalıdır.
3.1.1.33 Anomal yüksək təzyiqli laylar (AYTL) açılmazdan əvvəl qazma məhlulunun və maye tullantılarının kənarlaşdırılması üçün drenaj quyuları quraşdırılmalıdır.
3.1.1.34 Qazın yığılması mümkün olan yerlərdə işçi zonasının havasına nəzarət edilməli, buruqlar stasionar xəbərverici qurğularla və ya mobil qazanalizatorlarla təchiz edilməlidir.
3.1.1.35 Məhsuldar layın açılmasından əvvəl və layda qazma işləri aparılan zaman iş aparılan zonanın havasına növbədə 1 dəfədən, qaz təzahürü vaxtı isə 2 saatda 1 dəfədən az olmayaraq nəzarət edilməlidir.
3.1.1.36 Çirklənmiş qazma məhlulunun yığılması üçün buruqdan 40m məsafədə əlavə bağlı tutum quraşdırılmalıdır.
3.1.1.37 Qazma məhlununun hər dövründən sonra separator və ştuserlər yoxlanılmalı, şlam və çirkdən su ilə təmizlənməlidir.
3.1.1.38 Quyu ağzında və digər qaz yığılması mümkün olan yerlərdə hava mühitində neft qazlarının miqdarı normadan yüksək olduqda (havada qazın qatılığı partlayıştəhlükəli qatılıq həddinin 20% -dən çox olduqda) qazma işlərinin aparılması qadağandır.
3.1.1.39 Lay flüidlərinin quyuya axını aşkar edildikdə, qazma prosesi və qazma məhlulunun dövranı dayandırılmalı, quyunun ağzı germetikləşdirilməli və quyunun vəziyyəti yoxlanılmalıdır.
AYTL sahələrində birinci üç quyunun qazılması açıq qaz və neft fontanlarının ləğvi üzrə hərbiləşdirilmiş dəstənin nümayəndəsinin nəzarəti altında aparılmalıdır.
3.1.1.40 Buruqda həcmi 20 m3 yanğına qarşı olan və buruğun su təchizatı ilə birləşdirilmiş tutum yerləşdirilməlidir.




    1. Yüklə 2,46 Mb.

      Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə