Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Avtomatlaşdırılmış suqızdırıcı qazanın işinə daima nəzarət olunmalıdır. Quyuların quyudibi zonasının qaynar neftlə işlənməsi



Yüklə 2,46 Mb.
səhifə42/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   38   39   40   41   42   43   44   45   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

3.4.1.12 Avtomatlaşdırılmış suqızdırıcı qazanın işinə daima nəzarət olunmalıdır.


Quyuların quyudibi zonasının qaynar neftlə işlənməsi
3.4.1.13 Neftin qızdırılmsı üçün sobanın odluğuna qazı ötürən boru xətləri «Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları»nın tələblərinə uyğun quraşdırıl­malıdır.
3.4.1.14 Neft qızdırıcı soba qaynar neft tutumundan 25m-dən, quyu ağzından isə, 10m-dən az olmayan məsafədə külək tutmayan tərəfdə yerləşdirilməlidir.
3.4.1.15 Yanacaq boru xəttində təzyiqtənzimləyici qurğunun, odluqda quraşdırılan qoruyucu klapanın, həmçinin kondensatın NÖÇ-na və odluğa düşməsinin qarşısını alan qurğunun quraşdı-rılması nəzərdə tutulmalıdır.
3.4.1.16 Sobanın odluğunu yandırmazdan əvvəl ilanvari boruların neftlə dolu olmasına əmin olmaq lazımdır.
3.4.1.17 Neft tutumlu arabanı (xizəyi) daşıyan traktorun işlənmiş qaz atqı borusu qığılcımsön-dürənlə təchiz olunmalıdır.
3.4.1.18 Qaynar neft tutumlu araba (xizək) quyunun ağzından 10m-dən az olmayan məsafədə külək tutmayan, tərəfdə yerləşdirilməlidir.
3.4.1.19 Nefti quyuya vurmazdan əvvəl nasosdan quyuya qədər olan sökülüb-yığılan vurma xətti gözlənilən maksimal təzyiqin 1,5 mislinə təzyiqə sınaqdan keçirilməlidir.


Quyuların quyudibi zonasının qaz kondensatı ilə işlənməsi
3.4.1.20 Quyuların işlənilməsi üçün yalnız qazsızlaşdırılmış (təmizlənmiş propan və butandan) kondensatdan istifadə edilməlidir.
3.4.1.21 Avtosisternlər doldurulub-boşaldılmazdan əvvəl yerləbirləşdirici qurğuya qoşulmalı-dır.
3.4.1.22 Qaz kondensantı daşıyan avtosisternin üzərində “Oddan təhlükəlidir” sözləri yazılma-lıdır. Qazkondensatın yalnız germetik bağlanan lyuku və boşaltma ştuseri olan avtosisternlərdə daşınmasına icazə verilir.
3.4.1.23 Qazkondensatla dolu avtosisternlərin yaşayış məntələri ərazisində, açıq alov olan yerlərdə dayanacağı, həmçinin avtosisternin yanında və kabinasında siqaret çəkmək qadağandır.
3.4.1.24 Avtosisternlərin qazkondensatla doldurulub-boşaldılmasına və qazkondensatla quyu-nun işlənməsi əməliyyatının aparılmasına yalnız günün işıqlı vaxtı icazə verilir.
3.4.1.25 Avtosisternlərə qazkondensatın doldurulması-boşaldılması rezin şlanqlar vasitəsi ilə aparılmalıdır. Şlanqların hər iki ucunda aqreqatların ştuserinə kip birləşən tərtibatı olmalıdır.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə