Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Exolotun şlanqlı kabeli elektrik şəbəkəsinə bilavasitə ştepselli birləşmə vasitəsilə qoşulmalıdır. 3.3.40



Yüklə 2,46 Mb.
səhifə41/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   37   38   39   40   41   42   43   44   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

3.3.39 Exolotun şlanqlı kabeli elektrik şəbəkəsinə bilavasitə ştepselli birləşmə vasitəsilə qoşulmalıdır.
3.3.40 Exolotun qeydedici qurğusu yerlə birləşdirilməlidir. Yerləbirləşdirmə ötürücüsü kimi en kəsiyi 1,5mm2-dən az olmayan, yerləbirləşdirici qurğuya birləşdirilmiş kabelin ayrıca elastik mis naqilindən istifadə edilməlidir.


3.4 Neftin çıxarılmasının intensivləşdirmə üsulları


3.4.1 Ümumi tələblər
3.4.1.1 Termoinjektor vasitəsilə quyudibi zonanın işlənməsi üçün bütün partlayış işləri, həmçinin laydaxili yanma üsulu ilə layın işlənməsi «Edinıye pravila bezopasnosti pri provedenii vzrıvnıx rabot» qaydalarının tələblərinə uyğun aparılmalıdır.
3.4.1.2 Kimyəvi reagentlər saxlanılan yerlər çəpərlənməli, qırmızı bayraqlarla nişanlanmalı və təhlükəsizlik nişanları ilə təchiz olunmalıdır.
3.4.1.3 Tutumlarda, aqreqat və avtosisternlərdə qalmış neft, maye və kimyəvi reagentlərin qalığı sənaye kanalizasiyasına axıdılmalıdır.


Qazın yüksək təzyiq altında vurulması
3.4.1.4 Quyuağzı avadanlıqların germetikliy pozulduqda basqı quyusu maye ilə doldurulmalı və avadanlıq dəyişdirilməlidir.
3.4.1.5 Qaz vurulan obyektlərdə qazkompressor stansiyalarının istismarı əməyin təhlükəsizliyi üzrə müvafiq sahə təlimatının tələblərinə uyğun aparılmalıdır.
3.4.1.6 Seperatorların bufer tutumlarının üfürülməsi avtomatlaşdırılmalıdır.
Məşəldə qazı yandıran qurğu məsafədən idarə edilməlidir.
3.4.1.7 Məşəlin ətraf ərazisi 50m-dən az olmayan radiusda hasarlanmalıdır. Əraziyə girişdə «Kənar şəxslərə giriş qadağandır» sözləri yazılmış plakat asılmalıdır.
3.4.1.8 Hasarlanmış məşəl ətrafı sahədə quyuların, çuxurların və digər oyuqların qazılması qadağandır.
Quyuların quyudibi zonasının isti buxarla işlənməsi
3.4.1.9 Odluqda yanma tam başa çatmamış, yanacağın qalığı tam təmizlənməmiş, təzyiq atmo-sfer təzyiqinə endirilməyənə qədər buxar generator qurğusunu nəzarətsiz qoymaq qadağandır.
3.4.1.10 Buxar generator qurğuunun yerli işıqlandırılması üçün gərginliyi 12V-dan çox olma-yan partlayışdan mühafizəli daşınma çıraqlardan istifadə edilməlidir.
3.4.1.11 Qazanların odluqlarında və qaz yollarında qoruyucu klapanlar quraşdırılmalıdır. Onlar odluğun və qaz yollarınınyuxarı hissəsində quraşdırılmalıdırlar.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə