Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Qış fəslində çənlər parkındakı yollar, pilləkənlər və yollar, eləcədə çənlərin damı qardan təmizlənməlidir. 3.5.1.17



Yüklə 2,46 Mb.
səhifə47/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   43   44   45   46   47   48   49   50   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

3.5.1.16 Qış fəslində çənlər parkındakı yollar, pilləkənlər və yollar, eləcədə çənlərin damı qardan təmizlənməlidir.
3.5.1.17 Günəş şüalarının təsirindən qorunmaq üçün çənlər açıq boya ilə rənglənməlidir.
3.5.1.18 İstismar əməliyyatlarında, həmçinin qəza və ya yanğın zamanı lazım olan dəyişmələri tez və səhvsiz etmək üçün çənlər parkının işçıləri iş yerlərində asılmış boru kəmərlərinin yerləşmə sxemlərini və bütün siyirtmələrin təyinatını bilməlidirlər.
3.5.1.19 Qızdırılması və yaxud yay vaxtı uzun müddət saxlanılması lazım olan neft və neft məhsulları çənlərə doldurularkən, onların miqdarı, qızmadan mayelərin həçminin genişlənməsi nəzərə alınmalıdır. Çəndə soyuq neft məhsuluun həcmi tutumun həcminin 95%-dən, mayeləşdi-rilmiş qazın isə-3%-dən artıq olmamalıdır.
3.5.1.20 Səviyyə ölçülən və nümunə götürülən zaman çənin damı dağılan neftdən dərhal təmizlənməlidir, çənin damında silgi materiallarının və hər hansı əşyaların saxlanılması qada-ğandır.
3.5.1.21 Çənlərdə özlü (qatı) neftlərin qızdırılması işçi heyətin nəzarəti altında yalnız buxar və yaxud su ilə, ilanvari qızdırıcılarla aparılmalıdır.
3.5.1.22 Çənlərdə neftin qızdırılmasına (müəyyən olunmuşhallarda) qızdırıcının üzərində mayenin səviyyəsinin 50 sm-dən az olmadığı halda yol verilir.
3.5.1.23 Çənlərin istismarı prosesində tənəffüs klapanları və odkəsicilərin sazlığına müntəzəm nəzarə olunmalıdır. Havanın müsbət temperaturlarında odkəsicilərin vəziyyəti ayda iki dəfədən az olmayaraq yoxlanılmalıdır.
3.5.1.24 Çənlərə baxış keçirilən, nümunə götürülən və ya mayenin səviyyəsi ölçülən zaman zərbədən qığılcım verməyən tərtibatlardan istifadə edilməlidir.
3.5.1.25 Hər bir çən və çənlər qrupunun (bənd xaricində) çıxış xəttində neft tutucularından əvvəl və sonra hidravlik sürgü quraşdırılmalıdır.
3.5.1.26 Fəaliyyətdə olan çənin tikişlərində, gövdəsində və yaxud dibində çat əmələ gələrsə çən dərhal boşaldılmalı və təmizlənməlidir.
Dolu çənlərdə qaynaq və pərçimlənmə işlərinin aparılması qadağandır.



Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə