Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ



Yüklə 2,46 Mb.
səhifə70/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   66   67   68   69   70   71   72   73   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

4.3.5.29 Doldurma-boşaltma körpüləri və pirsləri yanmayan materialdan hazırlanmalı və onla-rın eni yanğın avtomobillərinin girişini təmin etməlidir.
4.3.5.30 Neft vurmaq üçün şlanqlar boru kəmərinə qoşulmazdan əvvəl neft daşıyan gəmi yerlə birləşdirilməlidir. Doldurma-boşaltma əməliyyatı tamamlandıq- dan, körpünün şlanqları boru kəmərindən və gəmidan ayrıldıqdan sonra, yerləbir- ləşdirmə açılmalıdır.
4.3.5.31 Neftin doldurma-boşaltma əməliyyatı zamanı qadağandır:
-odlu işlərin aparılması, siqaretin çəkilməsi, açıq qızdırıcı cihazların işə salınması;
- nasaz elektrik işıqlandırıcı cihazların istifadəsi;
- 700 C-dən artıq qızdırılmış neftin doldurulub-boşaldılması.
4.3.5.32 Doldurma-boşaltma estakadalarında yanğın siqnalizasiyası ilə yanaşı köpükləsön-dürmə nasosxanalarındakı yanğın nasoslarını məsafədən idarə edən qurğular nəzərdə tutulmalıdır.Yanğın nasoslarını məsafədən idarəetmə qurğuları ən azı iki ədəddən az olmayaraq, bir birindən 100 m-dən çox olmayan məsafədə, estakadanın hər bir tərəfində yerləşdirilməlidir.


4.3.6. Neftin qızdırılması üçün borulu sobalar
4.3.6.1 Sobada alov söndüekdə forsunkalara yanacağın verilməsini avtomatik dayandıran qur-ğu ilə bloklayıcı qurğusu olan siqnalizasiya sistemi olmalıdır. Sobanın forsunkasına yanacağı verən boru xətlərində forsunkadan əvvəl təzyiqin yol verilən həddən aşağı düşməsi vaxtı yanaca-ğın verilməsini avtomatik dayandıran qəza klapanları quraşdırılmalıdır.
4.3.6.2 Soba işləyən zaman, onun ilanvari borularına, boru asmalarına və sobanın hörgüsünə vizual nəzarət olunmalıdır.
4.3.6.3 Borulu sobanın qəza boşaltma sistemi saz vəziyyətdə saxlanılmalı, neftin dövr etməsi dayandıqda, borularda yanıq yerlər aşkar edildikdə və digər qəza hallarında ilanvari boru neftdən azad olmalı və bunun üçün işə salınmalıdır. Qızdırılmış neft qəza tutumuna boşaldılan zaman neftin öz-özünə alışmaması üçün tutuma su buxarı verilməlidir.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə