Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Tufan zamanı doldurma-boşaltma əməliyyatlarının aparılması qadağandır. 4.3.5.14



Yüklə 2,46 Mb.
səhifə69/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   65   66   67   68   69   70   71   72   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

4.3.5.13 Tufan zamanı doldurma-boşaltma əməliyyatlarının aparılması qadağandır.
4.3.5.14 Doldurma-boşaltma əməliyyatı başa çatdıqdan və sisternlər estakadadan çıxarıldıq-dan sonra dağılmış neft təmizlənməlidir. Estakadanı dağılmış neftdən təmizləmədən növbəti qatarın xəttə buraxılması qadağandır.
Vaqon sisternlərin xarici səthi mütəmadi dağılmış neftdən təmizlənməlidir.
4.3.5.15 Dəmiryol sisternlərinin dayandırılması üçün metal başmaqlardan istifadə etmək qadağandır. Bu məqsədlə zərbədən qığılcım əmələ gətirməyən materialdan hazırlanmış altlıqlar-dan istifadə edilməlidir.
4.3.5.16 Dəmir yollarındakı keçidlər yanğın avtomobillərinin keçməsi üçün boş olmalı və relslərin başlıqları səviyyəsində bütöv döşəmə ilə örtülməlidir. Keçidlərdən lokomotivsiz vaqon-sisternlərin və platformaların dayanacağı kimi istifadə etmək qadağandır.
4.3.5.17 Dəmiryol estakadalarının, körpü (pirs) və neftdaşıyan gəminin xidməti heyəti doldurma-boşaltma əməliyyatlarının gedişinə və avadanlığın vəziyyətinə daimi nəzarət etməlidir.
4.3.5.18 Neftin doldurulması-boşaldılması zamanı körpü (pirs) yaxınlığında lazımi yanğın-söndürmə vasitələri ilə təchiz edilmiş növbətçi gəmi dayanmalıdır.
4.3.5.19 Doldurma-boşaltma əməliyyatları zamanı estakadada, gəmidə, körpüdə təmir işlərinin aparılması qadağandır. Müstəsna hallarda, yanğın təhlükəsizliyi xidməti ilə razılaşdırılmaqla və yanğın təhlükəsizliyini təmin edən bütün tədbirlərə riayət etməklə, açıq oddan istifadə etməmək şərti ilə, gəminin təmiri üçün müəyyən işlərin aparılmasına icazə verilir. Müstəsna hallarda, yanğın təhlükə­sizliyi xidməti ilə razılaşdırılmaqla və yanğın təhlükəsizliyini təmin edən bütün tədbirlərə riayət etməklə, açıq oddan istifadə etməmək şərti ilə, gəminin təmiri üzrə müəyyən işlərin aparılmasına icazə verilir.
4.3.5.20 Obyektin rəhbəri, yanğın təhlükəsizliyi xidməti və dəniz limanı idarəsi ilə razılaşdıra-raq, körpülərdə operativ yanğınsöndürmə planı işləyib hazırlamalıdır.
4.3.5.21 Neftdaşıyan gəmidə, estakadada yanğın baş verdikdə, neftin doldurulması-boşaldıl-ması üzrə bütün əməliyyatlar dərhal dayandırılmalı, yanğın barədə yanğın təhlükəsizliyi xidməti-nə xəbər verilməli və qəzanın ləğvi planına uyğun yanğının söndürülməsinə başlanmalıdır.
4.3.5.22 Dəmiryol boşaltma-doldurma estakadasının ərazisinin yol verilən səviyyədən artıq qazlanması zamanı vaqon-sisternlərin estakadaya verilməsi və çıxarılması qadağandır.
4.3.5.23 Doldurma-boşaltma estakadalarının, körpü və pirslərin yanğın təhlükəsizliyi xidməti və neftvurma nasos stansiyası ilə etibarlı selektor və telefon rabitəsi olmalıdır.
4.3.5.24 Doldurma dirəkləri, boru xətləri, dəmiryol sisternləri, estakadaların metal konstruksi-yaları yerlə birləşdirilməlidir. Yerləbirləşdirmə hər ay yoxlanıl­malıdır.
4.3.5.25 Estakadanın texnoloji boru xətləri doldurma-boşaltma qurğu­larından 30m-dən az olmayan məsafədə yerləşdirilmiş, əl ilə və məsafədən idarə olunan siyirtmələrlə təchiz olunmalıdır.
4.3.5.26 Doldurma-boşaltma sahələrinə gedən yollarda, girişlərdə, dolayı yollarda üzərində “Dayan! Giriş qadağandır!”, «Doldurma-boşaltma əməliyyatı gedir!” sözləri yazılmış plakatlar asılmalıdır.
4.3.5.27 Estakadanın ərazisində partlayış təhlükəli qarışıqların qrup və kateqoriyasına uyğun olmayan partlayışdan mühafizəli avadanlıqdan istifadə etmək qadağandır. Boşaltma-doldurma əməliyyatı zamanı yerli işıqlandırma üçün partlayış mühafizəli çıraqlardan istifadə edilməlidir.
4.3.5.28 Estakadalarda stasionar köpüklə söndürmə və dairəvi su kəməri şəbəkələri ilə, bir-birindən 20m məsafədə yerləşdirilmiş səyyar köpük generatorları ilə köpüyün verilməsi üçün magistral məhlul kəmərində birləşdirici başlıqlı dirəklər və lüləli lafet sistemi ilə təchiz edilməmiş yeni tikilmiş və ya rekonstruksiya olunmuş estakadaların istismarı qadağandır.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə