Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ



Yüklə 2,46 Mb.
səhifə67/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   63   64   65   66   67   68   69   70   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

4.3.4.12 Çənlərə xidmət edən və baxış keçirən heyətin xüsusi geyimi sintetik materialdan olmamalı, xüsusi ayaqqabılarının altlığında mismar olmamalıdır.
4.3.4.13 Doldurma buraxıla bilən səviyyədən artıq olduqda və ya məhsul dolub daşdıqda, neftin axını dərhal digər çənlərə yönəldilməli, dağılmış neft dərhal yığışdırılmalıdır.
4.3.4.14 Fəaliyyətdə olan çənin tikişlərində, gövdəsində və ya dibində çat əmələ gələrsə, çən dərhal boşaldılmalı və təmizlənməlidir. Dolu çənlərdə qaynaq və ya pərçimləmə işlərinin aparılması qadağandır.
4.3.4.15 Yüksəkkükürdlü və kükürdlü neft saxlanılan çənlərin istismarı zamanı, onların daxili səthinin pirofor çöküntülərdən təmizlənməsi müəssisənin baş mühəndisi tərəfindən təsdiqlənmiş xüsusi cədvəl üzrə aparılmalıdır.
4.3.4.16 Yüksəkkükürdlü və kükürdlü neft saxlanılan çənlərdə olan pirofor çöküntülərin öz-özünə alışmasının qarşısını almaq üçün, pirofor çöküntülərin olmasına vaxtaşırı nəzarət olunmalıdır. Nümunənin götürülməsi və onların öz-özünə alışma aktivliyinin sınağı ilə bağlı işlər, kükürdlü neft və qazların çıxarılması və nəqli zamanı pirofor çöküntülərin öz-özünə alışmasına qarşı təhlükəsizliek tədbirləri qüvvədə olan sənədlərə uyğun həyata keçirilməlidir.
4.3.4.17 İldırımötürücülərinin və yerləbirləşdirmə qurğularının sazlığına yay fəslində, quru hava şəraitində, ildə bir dəfədən az olmayaraq və müvafiq sənədlər tərtib etməklə nəzarət olunmalıdır.
4.3.4.18 Çənlər parkının ərazisində, görünən yerlərdə müəyyən olunmuş yanğınaqarşı rejimə riayət olunma qaydaları əks olunan plakatlar nəzərdə tutulmalıdır.
4.3.4.19 Çənlər parkının ərazisində mühafizə xidmətinin təşkili üzrə təlimatda nəzərdə tutulan xüsusi hallar istisna olunmaqla, odlu silahdan istifadə etmək qəti qadağandır.


4.3.5 Dəmiryol doldurma-boşaltma estakadaları, körpü və pirslər
4.3.5.1 Neftin açıq şəkildə boşaldılmasına, həmçinin nasaz boşaltma qurğularından istifadə edilməsinə yol verilmir.
4.3.5.2 Doldurma-boşaltma əməliyyatlarından əvvəl dirəklərin, şlanqların, kipkəclərin, siyirt-mələrin germetikliyi yoxlanılmalıdır. Doldurma-boşaltma qurğularında aşkar olunmuş sızmalar dərhal ləğv edilməli, bunun üçün müvafiq ventillər sızma tam ləğv olunana qədər bağlanmalıdır.
4.3.5.3 Neftlə doldurulmaq üçün pirsə yan almış gəmiyə, dəniz (çay) nəqliyyatına, sahil qurğu-ları və yanğın təhlükəsizliyi xidmətinin nümayəndələrinin iştirakı ilə, yanğın təhlükəsizliyi tələb-ləri nəzərə alınmaqla, doldurma-boşaltma əməliyyatına hazırlığına baxış keçirilməlidir.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə