Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ



Yüklə 2,46 Mb.
səhifə68/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   64   65   66   67   68   69   70   71   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

4.3.5.4 Neftin dəmiryol estakadalarının kollektorlarından çənlərə vurulması ilə neftin dəmiryol vaqon-sisternlərindən boşaldılması eyni zamanda aparılmalıdır.
4.3.5.5 Doldurma-boşaltma qurğuları quraşdırılmış dəmiryol xətləri ilə teplovozların hərəkəti qadağandır. Teplovozların hərəkətinə dolayı çəkilmiş dəmiryol xətləri üzrə icazə verilir. Esta-kadanın xəttində neftin boşaltma əməliyyatı zamanı estakadanın qonşu (paralel) xəttinə sis-ternin verilməsi qadağandır.
Dəmiryol sisterni estakadanın paralel xəttinə birinci xətdə əməliyyat başlamazdan əvvəl verilməlidir.
Xətlərdə doldurma-boşaltma əməliyyatlarının aparılmasına yalnız teplovoz məhdudlaşdırıcı sütunlardan 100 m-dən az olmayan təhlükəsiz məsafəyə çəkildikdən sonra icazə verilir.
4.3.5.6 Aşağı boşaltma qurğusunun germetikliyini təmin etmək üçün hidrosürgülərdəki bağlayıcı maye sütununun hündürlüyü 100mm-dən az olmamalıdır.
4.3.5.7 Vaqon-sisternlərin doldurma-boşaltma əməliyyatları üçün estakadaya verilmə sürəti 5 km/saat-dan yüksək olmamalıdır.
4.3.5.8 Neftin vaqon-sisternlərə və neftdaşıyan gəmilərə doldurulması zamanı mayenin sıçra-maması üçün şlanqın və ya borunun ucu sisternin dibinə qədər endirilməlidir.Şlanqın ucu qığıl-cım verməyən materialdan hazırlanmalıdır.
4.3.5.9 Neftin nasaz vaqon-sisternlərə doldurulmasına, həmçinin germetikliyi pozulmuş, üzərində cüzi sızma aşkar edilmiş vaqon-sisternlərin qatara qoşulması qadağandır. Estakadada sisternlərin təmirinə icazə verilmir.
4.3.5.10 Dəmiryol vaqon-sisternlərinə neftin doldurulması başa çatdıqda şlanq və dirəklər neftin qalığından təmizlənməlidir. Doldurma dirəklərinin şlanqları sızma tutucusu sisteminin xüsusi qıflarına qoyulmalıdır.
Neft vaqon-sisternə doldurulduqdan və onun səviyyəsi ölçüldükdən sonra vaqon-sisternin lyukunun qapağı araqatı ilə kip bağlanmalıdır. Qapağ ehtiyatla, zərbəsiz bağlanmalıdır.
4.3.5.11 Sisterndə, cihazlarda və boru xətlərində qatılaşmış və ya donmuş neft qalığını yalnız buxar və ya isti su ilə qızdırılmasına icazə verilir. Qızdırılma zamanı neftin temperaturu 900C-dən aşağı olmamalı, qızdırıcının səthinin temperaturu isə neftin öz-özünə alışma temperaturundan 500C-dən aşağı olmamalıdır.
4.3.5.12 Doldurma sürəti yol verilən sürətdən yüksək olmamalıdır. Boru xətlərinin diametri 200 mm-ə qədər olan hallarda neftin dirəkdəki axınının maksimal sürəti 1,2 m/san-dən yüksək olmamalıdır.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə