Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ



Yüklə 2,46 Mb.
səhifə73/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   69   70   71   72   73   74   75   76   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

4.3.8 GFYK saxlanılan çənlər parkı
4.3.8.1 GFYK saxlanılan çənlərin istismarı prosesində onların divarlarının, bağlayıcı, qoruyucu və ölçü qurğularının, istilik izolyasiyasının və qoruyucu rənginin vəziyyətinə nəzarət edilməlidir. Aşkar edilmiş nasazlıqlar dərhal aradan qaldırılmalıdır.
4.3.8.2 Manometrləri, ötürücü boruları, qoruyucu klapanları nasaz çən və sisternlərin istismarı qadağandır.
4.3.8.3 Soyuq hava şəraitində karbohidrogen qazları saxlanılan tutumlarda yığılan su sistematik olaraq boşaldılmalıdır. Su boşaldılan zaman su ilə bərabər GFYK-in axıdılmasına yol verilməməlidir.
4.3.8.4 GFYK-in çən və sisternlərinin hasarlarının vəziyyətinə nəzarət edilməli, mühafizə hasarlarının və divarlarının zədələnməsinə yol verilməməli, zədələnən yerlər vaxtında bərpa edilməli, hasarlar arası keçidlər saz vəziyyətdə saxlanılmalıdır.
4.3.8.5 Baxış müddəti keçmiş, damğası vurulmamış və lazımi rənglə rənglənməmiş çən, sistern və digər tutumlara GFYK-in doldurulması qadağandır.
4.3.8.6 Tutumlara GFYK-in şırnaqla doldurulmasına yol verilmir. Doldurulma maye səviyyəsinin altından aparılmalıdır.
4.3.8.7 Çənlər GFYK ilə texnoloji reqlamentdə göstərilən səviyyəyə qədər doldurulmalıdır. Tutumlarda səviyyəni göstərən qurğu daima saz vəziyyətdə olmalıdır. Yerində quraşdırılan və məsafədən idarə olunan səviyyəölçəni nasaz olan tutumların istismarı qadağandır.
4.3.8.8 Doldurma boru xəttində əks klapanların mövcudluğuna və sazlığına nəzarət edilməli, onların yoxlanılması və sınaqdan keçirilməsi vaxtlı-vaxtında aparılmalıdır.
4.3.8.9 GFYK saxlanılan çənlər parkı müvafiq normalara uyğun yanğından mühafizə sistemləri ilə təmin edilməlidir. Çənlərin soyudulma və yanğından mühafizə sistemləri müvafiq təlimatlarda nəzərdə tutulan müddətlərdə yoxlanılmalı və sınaqdan keçirilməlidir.
4.3.8.10 GFYK saxlanılan çənlər parkında yanğın baş verərsə, ilk növbədə qəza baş vermiş çən sistemdən ayrılmalı, yanğın yerinə məhsulun axması dayandırılmalı, işıq və istilik şüalanmasına məruz qalmış avadanlıq və tikililər su ilə intensiv soyudulmalıdır. Sonraki işlər qəzanın ləğvi planına uyğun aparılmalıdır.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə