Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Müəssisələrin ərazisində tonqalların qalanması, quru otların və yanacaq-sürtgü mate-riallarının yandırılması qadağandır. 2.1.11



Yüklə 2,46 Mb.
səhifə7/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   10   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

2.1.10 Müəssisələrin ərazisində tonqalların qalanması, quru otların və yanacaq-sürtgü mate-riallarının yandırılması qadağandır.
2.1.11 Partlayış-yanğın təhlükəli müəssisələrin və qurğuların (çənlər parkı və s.) ərazisinə giri-şə yalnız xüsusi buraxılış vərəqəsi ilə icazə verilir. Avtonəqliyyat, traktor və digər aqreqatlar qığılcımsöndürən və yanğınsöndürmə vasitələri ilə təchiz olunmalıdır.
2.1.12 Partlayış-yanğın təhlükəli maddələri nəql edən boru xətlərinin məişət, yardımçı, inziba-ti-təsərrüfat otaqlarından, paylayıcı qurğular, nəzarət-ölçü cihazları və ventilyasiya kameraları olan otaqlardan çəkilməsi qadağandır.
2.1.13 Yanacaq doldurma məntəqələrinin, akkumlyator otaqlarının, yanacaq-sürtgü materialla-rı anbarlarının, nasosxanaların və digər partlayış-yanğın təhlükəli istehsalat obyektlərinin məşəl, kibrit, şam, kerosinli fənarlar, tonqal və digər açıq alov mənbələri ilə işıqlandırılması qadağandır.
2.1.14 Hər bir müəssisədə istehsalat sexlərinin, ayrı-ayrı otaqların, qurğuların və anbarların partlatış-yanğın və yanğın təhlükəsizliyi üzrə kateqoriyalarını müəyyən edən siyahı tərtib olunmalıdır.
2.1.15 Nasaz avadanlıqlarda istehsalat əməliyyatlarının aparılması, qurğularda yanar qazların, buxarların qatılığını, təzyiqini, temperaturunu və digər texnoloji parametrlərini ölçən NÖC-nın söndürülməsi qadağandır.
2.1.16 İstismar zamanı səthlərinin temperaturu 450C-dən yüksək olan boru xətlərinin və avadanlıqların, onlarla işçi heyyətin təmasda ola biləcək sahəsində çəpəri və ya yanmayan istilik izolyasiyası olmalıdır.
2.1.17 Təzyiq altında işləyən avadanlıqlarda təmir işlərinin aparılması, nasos və kompres-sorların işlək vəziyyətində kipgəclərinin doldurulması və sıxılması qadağandır.
Boru xətlərində və aqreqatlarda (nasoslarda, kompressorlarda), onları sistemdəki digər aparat və boru xətlərindən siyirtmə və tıxacların vasitəsi ilə ayırmamış və sistemdəki təzyiqi endirməmiş, flanslarının sıxılması qadağandır.
2.1.18 Avadanlıqların, xüsusi ilə flans birləşmələrinin və kipgəclərin germetik­liyinə nəzarət olunmalıdır. Məhsulun sızması yerləri aşkar olduqda, nasazlığın aradan qaldırılması üzrə tədbirlər görülməlidir.
2.1.19 Donmuş aparatlar, armaturlar, boru xətləri, siyirtmələr yalnız buxar və ya isti su ilə qizdırılmalıdır. Bu məqsəd üçün lehim lampasından və yaxud açıq alovdan istifadə etmək qadağandır.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə