Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Odsöndürənlər yerləşdiyi yerlər müvafiq işarələrlə göstərilməlidir. 9.2.12



Yüklə 2,46 Mb.
səhifə154/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   150   151   152   153   154   155   156   157   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

9.2.11 Odsöndürənlər yerləşdiyi yerlər müvafiq işarələrlə göstərilməlidir.
9.2.12 Yanğının və yanğın təhlükəli vəziyyətin yaranması halları üçün yanğının ləğvi və lokallaşdırılması planı işlənib hazırlanmalıdır. Planda mümkün qəza və yanğınların ssenarisi, işçilərin hərəkət qaydaları, heyətin yanğın təhlükəsizliyi xidməti ilə qarşılıqlı hərəkət qaydaları öz əksini tapmalıdır.
9.2.13 YDM-in istismarında aşağıdakılar qadağandır:
- nəqliyyat vasitəsinin mühərriki işlək vəziyyətdə yanacağın doldurulmasına;
- yeraltı yanacaq tutumlarının üstü ilə nəqliyyat vasitələrinin hərəkəti;
- tufanlı hava şəraitində, şimşək çaxan vaxt və digər təhlükəli atmosfer şəraitində çənlərin yanacaqla doldurulması və yanacağın istehlakçıya verilməsi;
- işçi heyyətin xüsusi geyimi yanacağa bulaşmış olduqda və qığılcım əmələ gətirə bilən ayaqqabıda işləmək;
- sərnişin daşıyan avtonəqliyyat vasitələrində sərnişinlər olan zaman yanacaq doldurmaq;
- təhlükəli yük daşıyan avtonəqliyyat vasitələrinin təhlükəli yüklərlə (partlayıcı maddələr, sıxılmış və mayeləşdirilmiş yanar qazlar, asan alışan mayelər və s.) yüklənmiş olan zaman yanacaq doldurmaq;
- YDM-in ərazisinə qığılcımsöndürənlə təchiz olunmamış traktor və digər xüsusi texnikanın girişi;
- bilavaitə YDM-in bina və avadanlıqları ilə bağlı olmayan təmir işlərinin aparılması.


9.3 Akkumlyator sexlərinə olan tələblər


9.3.1 Akkumlyator sexləri digər istehsalat sexlərindən yanmayan divarlar və ya arakəsmələrlə ayrılmalıdır.
9.3.2 Bir otaqda 10 ədəddən artıq akkumlyator doydurulursa, belə hallarda onlar sovurulma ventilyasiyası olan xüsusi şkaflarda yerləşdirilməlidir.
Turşulu akkumlyatorlar belə sovurucu şkaflarda yerləşdirilərkən skafların daxili hissələri turşuya davamlı boya ilə rənglənməlidir. Amma qələvi tərkibli akkumlyatorlarln şkaflari daxildən bitumlu boya ilə rənglənməlidir.
Sovurucu şkaflar elektrik lehimləyici avadanlıqların işlədildiyi yerlərdən ən azı 5 m araliq məsafədə quraşdırılmalıdir. Eyni zamanda belə hallarda digər odlu alətlərin işlədilməsi qəti qadağandır.Doydurucu şit sovurucu şkaflardan əks istiqamətlərdə yerləşdirilməlidir.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə