Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Çəlləklərin bir-birinə dəyməməsi üçün, onların yığılması çox ehtiyatlı aparılmalıdır. 9.5.1.8



Yüklə 2,46 Mb.
səhifə157/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   153   154   155   156   157   158   159   160   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

9.5.1.7 Çəlləklərin bir-birinə dəyməməsi üçün, onların yığılması çox ehtiyatlı aparılmalıdır.
9.5.1.8 Çəlləkləri diyirlətmək üçün polad lingdən istifadə etmək qadağandır.
9.5.1.9 Yanar maddə ilə dolu olan çəlləklər kuzova aralıq qatı olan ramalara və ya ağac pazla bərkitməklə tıxacı yuxarı yığılmalıdır. Benzin və ya başqa neft məhsulları ilə dolu olan çəlləkləri avtomobildən yerə tullamaq qadağandır.
9.5.1.10 Çəlləklərin nəqlində, saxlanılmasında və yüklənməsində onların düşməməsi üçün xüsusi tədbirlər görülməlidir. Dolu çəlləklər saxlanılan və nəql edilən zaman günəş şüalarından və yerli qızmadan qorunmalıdır.
9.5.1.11 Yanar yükləri daşımaq üçün təyin olunmuş avtomobildə yanğını söndürmək üçün vasitələr və xəbərdarlıq siqnalı (qırmızı bayraq) olmalıdır.
9.5.1.12 Təhlükəli maddələr yükləmə-boşaltma və nəql olunma zamanı zədələnmədən qoruyan və yükün təyinatına uyğun möhkəm taralarla daşınmalıdır.
9.5.1.13 Təhlükəli maddələrin daşınması nəzərdə tutulan taralar, ümumi istifadə üçün olan avtomobil nəqliyyatlarında təhlükəli yüklərin saxlanması və daşınması «Zəhərli, yanğın və partlayış təhlükəli yüklərin daşınmasında təhlükəsizliyin təmini üzrə təlimat»ın tələblərinə cavab verməlidir.
9.5.1.14 Təhlükəli maddələrin növündən aslı olmayaraq taraların plomblanması vacibdir.
9.5.1.15 Təhlükəli maddələr olan bütün yük yerlərində yükün təhlükəli növünü (dərəcəsini), qablaşdırmanın yuxarı hissəsini, qablaşdırmada olan zərif qabların sayını göstərən yarlıqlar olmalıdır.
9.5.1.16 Yanar yük çəlləklərinin nəqli zamanı kuzovda işçinin olması qadağandır.
9.5.1.17 Yanar (tezalışan) yüklərin boşaldilması və doldurulması zamanı avtosistern, yaxınlıqda olan yerləbirləşdirici qurğuya bənd edilməlidir, əgər o yoxdursa, kənarda 0,5 m dərinliyində torpağa sancılmış yerləbirləşdirici ilə bərkidilməlidir.
9.5.1.18 Avtosisterni yerləbirləşdirici qurğudan ayırmağa, yalnız doldurulma və ya boşaldılma prosesi qurtardıqdan sonra icazə verilir.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə