Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Statik elektrikləşmədən qorunmaq üçün xüsusi təyinatlı yerləbirləşdirici qurğunun müqavimətinin 100 Om-a qədər olmasına icazə verilir. 9.5.1.20



Yüklə 2,46 Mb.
səhifə158/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   154   155   156   157   158   159   160   161   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

9.5.1.19 Statik elektrikləşmədən qorunmaq üçün xüsusi təyinatlı yerləbirləşdirici qurğunun müqavimətinin 100 Om-a qədər olmasına icazə verilir.
9.5.1.20 Boşaldıcı rezin şlanqlar, diametri 2 mm-dən az olmayan mis məftillə sarınmalı, sarğının addımı 100 mm-dən çox olmamalı, məftilin bir ucu şlanqa, digər ucu isə şlanqın ucluğuna bərkidilməlidir. Şlanqın ucluğu zərbədən qığılcım yaratmayan metaldan olmalıdır.
9.5.1.21 Avtosisternlərə doldurma və boşaltma işləri müəyyən maddələr üçün xüsusi tə'yin olunmuş nasoslardan, qüsursuz şlanqlardan və borulardan istifadə etməklə yerinə yetirilməlidir.
9.5.1.22 Avtosisternlərin doldurma və boşaldılması yükgöndərən və yükalan təşkilatın qüvvə və vəsaiti ilə yerinə yetirilir. Yükün avtomatikləşdirilmiş sistem vasitəsi ilə boşaldılması istisna olmaqla, yükləmə-boşaltma işlərini aparmaq üçün sürücülərdən istifadə etmək qadağandır.
9.5.1.23 Avtomobildə qurulmuş nasosun köməyi ilə yerinə yetirilən doldurma və boşaltmanı istisna etməklə, təhlükəli yüklərin avtomobilə yüklənib və boşaldılması yalnız avtomobilin mühhərriki sönmüş olduqda yerinə yetirilməlidir.
Belə halda sürücü nasos idarə olunan yerdə olmalıdır.
9.5.1.24 Qığılcımsöndürücü qurğu ilə təchiz olunmuş işlənmiş qazların borusu (boğucu boru) avtosisternin mühərrikindən qabağa çıxarılmalıdır.
9.5.1.25 Yanar maddələr saxlanılan tutumların doldurulmasının həddi onların həcminin 85 %-dən çox olmamalıdır.
9.5.1.26 Doldurma və ya boşaltma üçün saxlanılmış avtosisternin işə salınma açarı söndürülməli və sürətlər qutusu neytral vəziyyətdə saxlanılmalı, çarxların altına qabaqdan və arxadan dayaq qoyulmalıdır.
9.5.1.27 Avtosisternlərdə lyukun açılması və dirsəyin bərkidilməsi zamanı işçilər külək əsən tərəfdə dayanmalıdırlar.
9.5.1.28 Avtosisterni doldurarkən, rezin şlanqın ucu sisternin dibinə qədər salınmamalıdır (dibdən 200 mm məsafədən artıq olmamaq şərti ilə) .
9.5.1.29 Doldurma və boşaltma estakadası ərazisində avtosisternin təmiri qadağandır.
9.5.1.30 Avtosistern doldurulduqdan sonra rezin şlanqın içərisindəki maye tam boşaldılmalıdır və bu zaman yanar maddənin yerə tökülməsinə yol veril­məməlidir.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə