Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Məşələ daxil olan qaz, fasiləsiz olaraq yandırılmalıdır. Məşəl avtomatik yandırma sistemi ilə təchiz edilməlidir. 8.7.3



Yüklə 2,46 Mb.
səhifə151/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   147   148   149   150   151   152   153   154   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

8.7.2 Məşələ daxil olan qaz, fasiləsiz olaraq yandırılmalıdır. Məşəl avtomatik yandırma sistemi ilə təchiz edilməlidir.
8.7.3 Məşəlin yaxınlığındakı məşəl boru kəmərində texniki baxış və təmir işlərini aparmaq üçün yanğın səddi quraşdırılmalıdır.
8.7.4 Kondensatı tutmaq üçün ümumzavod məşəl boru kəmərində separator quraşdırılmalıdır.
8.7.5 Ayrı-ayrı texnoloji qurğuların məşəl boru kəmərlərində və lazım olarsa ümumzavod məşəl boru kəmərində aralıq separatorlar quraşdırılmasına icazə verilir.
8.7.6 Məşəl boru kəmərləri separator istiqamətində maili olmalıdır.
8.7.7 Məşəl separatorunda yığılan kondensat avtomatik çıxarılmalıdır.
8.7.8 Məşəli yandırmazdan əvvəl məşəl sistemindən tərkibində oksigenin miqdarı 1%-dən çox olmayan havanı çıxarmaq üçün məşəl boru kəmərini buxarla, təsirsiz qazla və ya karbohidrogen qazı ilə üfürmək lazımdır.
8.7.9 Məşəl boru kəmərlərinin istismarı prosesində havanın sorulmasına və orada partlayış təhlükəli qarışıqların yığılmasına, həmçinin onların buzlu tıxaclarla bağlanmasına imkan verilməməlidir.
8.7.10 Məşəl ətrafı ərazi 50 m-dən az olmayan radiusda çəpərlənməlidir. Bu əraziyə daxil olmaq üçün xəbərdaredici yazı olmalıdır: “Kənar şəxslərə giriş qadağandır”.
8.7.11 Məşəlin istismarına cavabdeh şəxsin icazəsi olmadan fəhlələrin məşəl ərazisinə daxil olması qadağandır.
8.7.12 Məşəlin yandırılması əməliyyatını mühəndis-texnikin rəhbərliyi altında 2 nəfər təcrübəli fəhlə yerinə yetirməlidir.
8.7.13 Məşəl ərazisində çəpərlənmiş sahələri yaxınlığında quyuların, xəndəklərin və basqa dərinliklərin qurulması qadağandır.


BÖLMƏ IX
9. Avtomobil nəqliyyatı idarələrində
yanğın təhlükəsizliyi qaydaları


9.1 Avtomobillərə olan yanğın təhlükəsizliyi tələbləri


9.1.1 Qarajlarda, talvar altında və xüsusi meydançalarda saxlanılan avtomobillərin düzülüşü avtomobillərə xidmət üzrə müəssisələr üçün nəzərdə tutulan normaların tələblərinə yyğun olmalıdır.
9.1.2 Avtomobillərinin sayı 25-dən çox olan avtonəqliyyat müəssisələrində yanğın zamanı onların köçürülməsinə şərait yaratmaq üçün istehsalat rəhbəri tərəfindən növbəsi və köçürülmə qaydası göstərilməklə avtomobillərin düzülüşünün xüsusi planı işlənməli və təsdiq edilməlidir.
Planda sürücülərin istirahət və bayram günlərində növbətçiliyi nəzərə alınmalı, həmçinin mühərikin işə salma açarının saxlanılma qaydası göstərilməlidir.
Plan dispetçerdə və ya avtomobil təsərrüfatı növbətçisində olmalı, sürəti isə qarajda saxlanılmalıdır.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə