Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Qəza zamanı bəndə axan mayenin sahəsi mütləq çəpərlənməlidir. 8.6.30



Yüklə 2,46 Mb.
səhifə149/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   145   146   147   148   149   150   151   152   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

8.6.29 Qəza zamanı bəndə axan mayenin sahəsi mütləq çəpərlənməlidir.
8.6.30 Açıq anbar sahələri təmiz saxlanılmalıdır. Dağılmış maye təcili olaraq yığışdırılmalı, həmin yerə quru qum tökülməlidir.
8.6.31 Bir bənddə 6-dan artıq olmamaqla çəlləklər sırasına icazə verilir. Hər bir sıranın uzunluğu 25 m, eni isə 15 m-dən çox olmamalıdır.Sıralar arasındakı məsafə ən azı 5 m, diğər meydançalarda yerləşdirilən qonşu sıralar arasındakı məsafə 15 m olmalıdır. Hər bir sırada 2 yaruslu çəllək nəzərdə tutulmalıdır. Hər bir sıraların bir-biri arasındakı gediş yolu ən azı 1 m məsafədə olmalıdır.
8.6.32 Çəlləklərin bir-birinə zərblə dəyməməsi üçün astaca yığılmalıdır.
8.6.33 Nöqsanlar aşkar edildikdə və yaxud çəlləyin tıxacı olmadqda, belə çəlləklərin saxlanılması qadağandır.
8.6.34 Çəllək tarasında metal tıxacların açılması və ya bağlanması zamanı qığılcım törətməyən xüsusi açarlardan istifadə edilməlidir. Tıxacın açılmasında qığılcım törədən çəkiclərdən, zərb alətlərindən və s. istifadəsi qadağandır.
8.6.35 Açıq meydançalarda çəlləklərin saxlanılması normaların tələblərinə cavab verən yanğınsöndürmə vasitələri ilə təchiz olunmalıdır.
8.6.36 Yanar qaz balonları saxlanılan anbarlar yünğül örtüklü bir mərtəbəli olmalıdır. Atmosfer çöküntülərindən və günəş şüalarından qorunmaqla balonları açıq meydançalarda saxlamaq olar.
8.6.37 Qrup balon qurğularını qoruyucu örtükləri olmalı və binalardan kənarda yerləşdirilməli. Balonlar bağlanan şkaflarda yerləşdirilməli və ayrıca mühafizə olunan örtükləri olmalıdır.
8.6.38 Sıxılmış maye-qaz balonlarının saxlanılması «Pravila ustroystva i bezopasnoy gkspluataüii sosudov rabotaöhix pod davleniem» sənədinin tələblərinə cavab verməlidir. Balonlar içərisindəki qazın növünə uyğun rənglənməlidir.
8.6.39 Yanar qaz balonları digər oksigen, sıxılmış hava, xlor və s. balonlardan ayrı saxlanılmalıdır.
8.6.40 Partlayış təhlükəli stansiya otaqlarında, sıxılmış qaz və yanar qaz balonları saxlanılan otaqda hava-qaz qatılığının partlayış həddini bildirən siqnalizasiya cihazı quraşdırılmalıdır. Siqnalizasiya cihazı olmadığı halda, otağın havasından hava-qaz qatılığının analizi ğötürülməlidir.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə