Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Bağlı doldurma otaqlarında hava-sorucu ventilyasiya sistemi işlədiyi halda balonları mayeləşdirilmiş qazlarla doldurulmasına icazə verilir. 8.5.34



Yüklə 2,46 Mb.
səhifə146/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   142   143   144   145   146   147   148   149   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

8.5.33 Bağlı doldurma otaqlarında hava-sorucu ventilyasiya sistemi işlədiyi halda balonları mayeləşdirilmiş qazlarla doldurulmasına icazə verilir.
8.5.34 Avtosisternlərin və yaxud balonların həddinən artıq doldurukması qadağandır. Balonlardan qaz bu məqsəd üçün nəzərdə tutulan xüsusi tutumlara boşaldılır, avtosistenlərdən isə QDS-in saxlama bazasının digər dolmamış çənlərinə boşaldılır. Buxarlanmayan qazları açıq qablara yaxud istehsalat kanalizasiyasına boşaltmaq qadağandır. Artıq qazın havaya buraxılması qadağandır.
8.5.35 Bütün doldurulmuş balonların ventilləri və yivli birləşmələri germetikliyə yoxlanılmalıdır. Əgər balon qazla doludursa yaxud qazsızlaşdırılmayıbsa balonda təmir işi aparmaq qadağandır. Ventil germetikliyə yoxlanıldıqdan sonra balonun boğazlığına qoruyucu qapaq taxılmalıdır.
8.5.36 Balonların və ventillərin təmiri yalnız QDS-in təmir sexlərində (emalatxanalarda) aparılmalıdır. Balonlar təmir bölməsinə isti su ilə yuyulmuş halda, yaxud buxara verildikdən (qazsızlaşdırıldıqdan) sonra gətirilməlidir.
Balonun buxara verilməsi və isti su ilə yuyulmasının tarixi və nömrəsi xüsusi jurnalda qeyd edilməlidir.
8.5.37 Doldurma şöbəsində dolu balonların yığılması və saxlanması qəti qadağandır. Doldurulmuş balonların yığılmasına və saxlanılmasına yanmayan materialdan hazırlanmış xüsusi ayrılmış meydançaların olması şərti ilə icazə verilir.
8.5.38 Balondoldurma şöbəsində yanğınların söndürülməsi avtomatik yanğınsöndürmə sistemi ilə təchiz olunmalıdır.
8.5.39 Mayeləşdirilmiş qazların avtosisternlərlə daşınması “Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması Qaygaları”-nın tələblərinə cavab verməlidir.
8.5.40 Avtosisternlərin mayeləşdirilmiş qazlarla doldurulması zamanı mayenin səviyyəsinə diqqətlə nəzarət edilməlidir. Avtosisternin normadan artıq doldurulması qadağandır. Avtosisterndən qazı boşaldan zaman rezin-parça qollardan qalıq qazların tam çıxarılması yoxlanılmalıdır, qazların buxar və maye fazaları boşaltma kolonkalarından boru sisteminə yaxud üfürülmə şamına doğru yönəldilməlidir.
8.5.41 Doldurma qurtardıqdan sonra sisternin ventilinin stuserinə tıxac və plomb qoyulmalıdır. Avtosisternin mühərriki dayandıqdan sonra boşaltma ştuserindən tıxac çıxarılmalıdır, boşaltma rezin-parça qollar və ştuserə qoyulmuş tıxac ayrıldıqdan sonra mühərrik işə salınmalıdır. (əməliyyatlardan sonra 10 dəqiqədən tez olmamaq şərti ilə)
8.5.42 Avtosisternlərin mühərriki doldurma və su çilənməsi vaxtı işləməməlidir. Mayeləşdirilmiş qazları vurmaq üçün nasos avadanlığı olan avtomobilin mühərrikini xüsusi hallarda işə salmaq olar. Avtosisternlərin tüstü çıxan borusunda qığılcımsöndürən mühərrikindən tüstüçıxaran borulu maşının qabaq tərəfinə keçirilməlidir, radiatordan əvvəl keçirilmiş tüstüçıxaran maşınların istifadə edilməsi qadağandır.
8.5.43 Avtosisternin sürücüsü sisterndəki qazın təzyiqinə manometrə nəzarət etməlidir. Əgər sisterndə qazın təzyiqi 1,6 Mpa-dan (16kqq/sm2) artıq olarsa sisternin soyudulması üçün tədbirlər görülməlidir. (sisterni günəş şüalarından qorumaq üçün üstü örtülməli, yaxud soyuq su ilə çilənməlidir).
Mayeləşdirilmiş qazla dolu sisternləri açıq alov olan yerlərdə saxlamaq, avtosisternlərin yanında və kabinədə siqaret çəkmək qadağandır. Avtosisternlərin yaxınlığında yanğın baş verdikdə onlar təhlükəsiz yerə çıxarılmalı, bu mümkün olmadıqda sistern su ilə soyudulmalıdır.



Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə