Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Yeraltı çənlərin açıcı qurğuları, qoruyucu klapanlar və nəzarət-ölçü cihazları yerin səviyyəsindən yuxarıda yerləşdirilməlidir. 8.6.12



Yüklə 2,46 Mb.
səhifə148/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   144   145   146   147   148   149   150   151   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

8.6.11 Yeraltı çənlərin açıcı qurğuları, qoruyucu klapanlar və nəzarət-ölçü cihazları yerin səviyyəsindən yuxarıda yerləşdirilməlidir.
8.6.12 Açıcı və tənzimləyici qurğular üçün quraşdırılacaq mayeləşdirilmiş qaz boruları yalnız polad borularla çəkilməlidir.
8.6.13 Mayeləşdirilmiş qaz saxlanılan çənlər parkında bütün texnoloji borular mütləq bəndlərdə yerləşdirilməlidir və maqistral tutumlara boruların birləşmə xətləri qısa məsafədə olmalıdır.
8.6.14 Klapanın və tənzimləyici ventilin bağlayıcı qurğu kimi istifadəsi qadağandır.
8.6.15 Qəza zamanı qazı açıb buraxılması lazım gəldikdə, quraşdırılan qoruyucu qurğu məsafədən idarəetmə qurğusu ilə təchiz edilməlidir və təhlükəsiz yerdə yerləşdirilməlidir.
8.6.16 Texnoloji boruların donmuş sahələrini qızdırmaq üçün, bağlayıcı qurğu və buxar quraşdırılan-sökülən borularla həmin sahənin hər iki tərəfinə quraşdırılan bağlayıcı qurğular vasitəsi ilə verilməlidir. Buxarlandırma və üfürülmə qurtardıqdan sonra həmin sahədə borular sökülməli və bağlayıcı qurğuya quyruqlu tıxac qoyulmalıdır.
8.6.17 Mayeləşdirilmiş qazlarla doldurulmuş balonlar anbarlarda yerləşdirdikdə, onların ümumi həcmi, 100 m3-dən artıq olmamalıdır .
8.6.18 Mayeləşdirilmiş qazlarla doldurulmuş balonlar yerləşən bağlı anbar otaqlarının temperaturu 350C-dən yuxarı olmamalıdır. Otaqda temperatur 350C-dən yuxarı qalxdıqda anbar otağı iki tərəfli hava axını ilə soyudulmalıdır.
8.6.19 QDS-in ərazisində balonların konteynerlərlə daşınması zamanı qaldırıcı maşınlara qığılcımsöndürən avadanlıq quraşdırılmalıdır, yaxud elektrokardan istifadə edilməlidir. Bağlı anbar otaqlarında işlərin aparılması partlayış təhlükəli olduğu üçün elektrokardan istifadə edilməlidir.
8.6.20 Balonların daşınması və saxlanılması zamanı onların yerə atılmasına və zədələnməsinə yol verilməməlidir. Balonun maşından çıxarılması zamanı balonun kalpakı yuxarı vəziyyətdə olmalıdır.
8.6.21 Balonlar bir qayda olaraq “qəfəs” tipli avtomaşınlarda, yaxud balonların düşməsi və bir-birinə dəyməsi ehtimalı olmayan xüsusi kuzalı avtomobillərdə daşınmalıdır. Adi kuzalı avtomaşınlarda balonları xüsusi qurğulardan istifadə etməklə daşımaq olar Belə qurğu olaraq yuvalı taxta buruslardan, rezin yaxud kəndir halqalardan istifadə edilə bilər.
8.6.22 Mayeləşdirilmiş qazları daşımaq üçün nəzərdə tutulan maşınlar (avtosisternlər və balon daşıyan maşınlar) mühərrikdən tüstüçıxaran borusu maşının qabaq tərəfinə keçirilməli və çıxardılan qığılcımsöndürən tərtibatı olmalıdır, həmin tərtibat maşın QDS-in; AQDS-in; QDM-in həyətinə girdikdə maşının tüstüçıxaran borusuna quraşdırılmalıdır. Balonların doldurulması və boşaldılması zamanı maşının mühərriki söndürülməlidir.
8.6.23 Avtosistern və ya mayeləşdirilmiş qaz balonlarını daşıyan avtomaşınlar, mayeləşdirilmiş qazların maşınlara xidmət heyyəti bazasına aiddirsə iş vaxtı qurtardıqdan sonra QDS-in həyətində xüsusi nəzərdə tutulmuş qarajda saxlanılmalıdır.
QDS-in həyətinə avtomaşınların daxil olması, sisternlərin boşaldılması və balonların yüklənməsi yalnız rahat iş yerləri olan boşaltma dayaqları və yükləmə rampaları olmalıdır. Belə avtomaşınlar üçün QDS-in həyətində çəpərlənmiş açıq dayanacaqlar olmalıdır.
8.6.24 Mayeləşdirilmiş qazların qəbulu, saxlanması və doldurulması əməliyyatları müəssisə tərəfindən işlənib hazırlanmış təlimatların tələblərinə əməl etməklə yerinə yetirilməlidir.
8.6.25 Qazqolderə daxil ilan yanar qazın tərkibində havanın miqdarı analiz edilməlidir. Əgər qazın tərkibində havanın miqdarı buraxıla bilən həddən artıq olarsa o zaman qazqolderi mənbədən ayırmalı, qazın tərkibində havanın artmasının səbəbi aydınlaşdırılmalı və tədbirlər nəticəsində aradan qaldırılmalıdır.
8.6.26 Su hövzəsində baş vermiş qəza nəticəsində qazqolderə daxil olan qazı dayandırmaq, qazqolderdə qaz sərfiyyatının artmaması üçün qaz digər boş qazqolderə ötürülməlidir.
8.6.27 Qazqolderin kipliyində və yaxud digər nöqsanlar aşkar edildiyi zaman qazqolderi mənbədən ayırmalı və tədbirlər nəticəsində nöqsanlar aradan qaldırılmalı, qazqolderin düzgün işləməsi tam bərpa edilməlidir.
8.6.28 Əyləc sisteminin işlək hissələrinin əyilməsi, yeyilməsi səbəbindən donma baş verərsə qazqolderin gövdəsini qızdırmaq üçün su buxarından istifadə edilməlidir. Qazqolder parkı və ayrıca dayanmış qazqolderlər ilkin yanğınsöndürmə vasitələri ilə təchiz edilməlidir. SNiP-in tələblərinə müvafiq olaraq tezalışan və isti maye taralarını binalarda və açıq meydançalarda saxlanılmasına icazə verilir.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə