Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Çən və çənlər parkı, mayeləşdirilmiş qaz tutumlarının



Yüklə 2,46 Mb.
səhifə147/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   143   144   145   146   147   148   149   150   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

8.6 Çən və çənlər parkı, mayeləşdirilmiş qaz tutumlarının
saxlanılmasına tələblər


8.6.1 Mayeləşdirilmiş qazları saxlamaq üçün tutumlar yerüstü quraşdırılmalıdır. Havanın temperaturu tutumun texniki göstəricilərindən aşağı olduğu halda, tutumlardan binalara və tikilələrə qədər olan məsafələrin tikinti normalarının və qaydalarının tələblərinə uyğun olmadığı halda, QDS-nın genişləndirlməsi və yenidən qurulması zamanı tutumların yeraltı quraşdırılmasına icazə verilir.
8.6.2 Mayeləşdirilmiş qazları saxlamaq üçün quraşdırılmış yerüstü tutumlar atmosfer temperaturunun 350C-dən yuxarı qalxma ehtimalı olmasını nəzərə alaraq, tutumların günəş şüasından qızmasının qarşısını almaq üçün tutumlar xüsusi qaydada mühafizə olunmalıdır (su ilə soyudulmalı, tutumları açıq rənglə rənglənməlidir və s).
8.6.3 Park ərazisində texnoloji kommunikasiyalar elə yerləşdirilməlidir ki, qəza zamanı tutumdan drenajı bağlı vəziyyətdə olan diğər tutuma mayeləşdirilmiş qazları sorub vurmaq mümkün olsun.
8.6.4 Tutumda (çəndə) buxar təzyiqi onun üçün hesabatla müəyyən edilmiş həddən yuxarı olduğu halda, təcili olaraq mayeləşdirilmiş qazı diğər tutuma (çənə) sorub vurmaq lazımdır. Tutumda (çəndə) təzyiqin aşağı düşməsi məqsədi ilə qazın atmosferə buraxılması qadağandır.
8.6.5 Yerüstü tutumların maye qazlarla doldurulması tutumların həndəsi həcminin 85%-dən, yeraltı tutumlar üçün isə 90%-dən artıq olmamalıdır.
8.6.6 Tutumlar (çənlər) doldurulmazdan əvvəl təsirsiz qazla (azotla və ya karbon qazı ilə) yaxud mayeləşdirilmiş qaz buxarı ilə üfürülməlidir. Üfürmənin sona çatması şamdan çıxan qaz-hava qarışığının oksigen tərkibi ilə təyin edilir.Qarışıqda oksigenin miqdarı (həcmə görə) 1% dən artıq olmadıqda üfürmə başa çatmış hesab edilir.
8.6.7 Tutumdan mayeləşdirilmiş qazı təmizləmək üçün tutum su buxarı və yaxud təsirsiz qazla üfürülməlidir. Üfürülmənin sona çatması götürülən analizin nəticəsindən asılıdır. Sınaq üçün götürülən havada qazın miqdarı, qazın alışmasının aşağı həddinin 20% hissəsindən artıq olmamalıdır. Mayeləşdirilmiş qaz buxarı ilə tutum üfürüldükdən sonra, tutuma havanın verilməsi qəti qadağandır.
8.6.8 Hər çən parkında, çənlərin yerləşdirilməsi texnoloji sxemi tərtib edilməlidir. Texnoloji sxemə uyğun olaraq çənlər nömrələnməli, bütün texnoloji borular və armaturlar təyin edilmiş nömrələrlə nömrələnməli, tutumun həcminin maksimum dolma həddi texnoloji sxemdə göstərilməlidir.
8.6.9 Mayeləşdirilmiş qazlar üçün çənlər mayenin səviyyəsini ölçən göstəricilərlə, manometrlərlə və qoruyucu klapanlarla təchiz olunmalıdır. Yerüstü çənlər bundan əlavə donmayan drenaj klapanları ilə təchiz olunmalıdır.
8.6.10 Hər bir çəndə iki qoruyucu-buraxıcı klapan quraşdırılmalıdır. Onlardan qabaqda iki klapandan birini açmağa imkan verən üç hərəkətli xüsusi kran qoyulmalıdır.
Hər bir qoruyucu-bağlayıcı klapanların şamlara çıxışı olmalıdır. Qoruyucu-bağlayıcı klapanların üfürülmə şamında açıcı qurğular quraşdırmaq qadağandır.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə