Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ



Yüklə 2,46 Mb.
səhifə26/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   22   23   24   25   26   27   28   29   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

2.7 Elektrotexniki qurğular


2.7.1 Partlayış təhlükəli zonaların elektrik avadanlıqları, statik və
atmosfer elektriklənmədən mühafizə. Binaların və xarici
qurğuların elektrik avadanlıqları
2.7.1.1 Müəssisələrin, binaların və qurğuların elektrik avadanlıqları, elektrik şəbəkələri və işıqlandırılması «Правила устройства электроустановок» (ПУЭ) sənədinin tələblərinə uyğun quraşdırılmalı, onların istismarı isə «Правила технической эксплуатации электроустановок потребителей» və «Правила техники безопасности при эксплуатации электроустановок потребителей» (ПТБ) Qaydalarının tələblərinə uyğun aparılmalıdır.
2.7.1.2 Yanar materialdan hazırlanmış dam örtüklərinin, talvarların, taxta-şalban qalaqlarının, lifli materiallar, torf, odun və yanar materiallar saxlanılan anbarlarlın üzərindən elektrik ötürücü xətlərinin çəkilməsinə icazə verilmir.
2.7.1.3 Kabel estakadalarının bütün konstruktiv elementləri (dayaqlar, döşəmələr, hasarlar və s.) yanmayan materialdan olmalıdır.
2.7.1.4 Neft və qaz-boru kəmərləri ilə kəsişən kabel xətləri arasındakı məsafə 0.5 m-dən az olmamalıdır. Əgər kabel boru kəməri ilə kəsişmə nöqtəsindən sağa və sola hər tərəfə 2 m olmaqla hər hansı borunun içərisində çəkilərsə, onda bu məsafə 0,25 m-ə qədər azaldıla bilər. Hava xətləri yerüstü metal-boru kəməri ilə kəsişərsə bu halda HX-nin naqilinin maksimal sallanma nöqtəsindən boru kəməri arasındakı məsafə 1 m-dən az olmamalıdır.
HX-in metal boru kəmərləri ilə kəsişmə yerlərində boru kəmərinin yerləbirləşdirmə müqaviməti 10 Om-dan çox olmamalıdır.
2.7.1.5 Elektrik avadanlıqlarının vəziyyətinə cavabdeh şəxslər (baş energetik, elektrik sexinin rəisi, idarənin və ya sexin rəhbərləri tərəfindən əmrlə təyin edilmiş müvafiq ixtisaslı mühəndis-texniki işçi və s.) borcludurlar:
- elektrik avadanlıqlarına, aparatlarına və elektrik şəbəkələrinə vaxtlı-vaxtında profilaktik yox-lamaların, planlı-qabaqlayıcı təmirin təşkilinə və keçirilməsinə, eyni zamanda yanğın və alışmaların baş verməsinə səbəb ola bilən nasazlıqların aradan qaldırılmasına;
- vaxtaşırı qəza ventilyasiyasının (avtomatika) sınağının aparılmasına, qaz analizatorların ( siqnalvericilər) sazlığını yoxlamağa;
- sistematik olaraq qısa qapanmalardan, həddindən artıq elektrik yüklənmədən, daxili və atmo-sfer gərginliyinin həddindən artıq artmasından qoruyan aparat və qurğuların vəziyyətinə nəzarət etməyə;
- elektrik qurğularının istismarı zamanı yanğın təhlükəsizliyi məsələləri üzrə heyətin öyrədil-məsi və təlimatlandırılması sistemini təşkil etməyə;
- elektrik qurğularının alışması və bunun nəticəsində əmələ gələn yanğınların araşdırılmasında və bu halların qarşısını almaq tədbirlərinin işlənib hazırlanmasında iştirak etməyə.
2.7.1.6 Naqil və kabellərin birləşdirilməsi, uclaşdırılması və şaxələndirilməsi yanğın baxımın-dan təhlükəli olan keçid müqavimətinin qarşısını almaq məqsədilə sıxılma, qaynaq, qalay və xüsusi sıxac vasitəsilə aparılmalıdır.
2.7.1.7 Müəssisənin mütəxəsisləri kabel və naqillərin izolyasiyasını, birləşmələrin etibarlılığı-nı, qoruyucu yerləbirləşdirməni, elektrik mühərriklərinin iş rejimini həm xarici baxış keçirmə, həm də cihazların köməyi ilə yoxlamalıdırlar. Naqillərin izolyasiyasının müqaviməti «Правила технической эксплуатации электроустановок потребителей» və «Правила техники безопасности при эксплуатации электроустановок потребителей» Qaydalarında göstərilmiş müddətdə ölçülməlidir.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə