Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Borulu lay sınayıcıları ilə işlər



Yüklə 2,46 Mb.
səhifə37/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   33   34   35   36   37   38   39   40   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

Borulu lay sınayıcıları ilə işlər
3.2.1.22 Layların borulu sınayıcılarla sınağı işi, geofizika idarəsinin baş mühəndisi, qazma iş-ləri və ya neftqazçıxarma idarəsinin baş mühəndisi tərəfindən razılaşdırılmış, qazma işləri və ya neftqazçıxarma idarəsinin baş mühəndisi və baş geoloqu tərəfindən təsdiqlənmiş plan üzrə apa-rılmalıdır.
3.2.1.23 Quyunun sınaq işlərinə hazırlığı sınaq planına uyğun, müvafiq aktla sənədləşdirilmə-lidir.
3.2.1.24 Quyunun sınağı zamanı qazma avadanlıqlarının təmiri, həmçinin elektrik qaynağı və digər odlu işlərin aparılması qadağandır.
3.2.1.25 Quyudan intensiv neft axını və qaz tullanışı etimalı olan buruqda qaz-xilasetmə və yanğın xidməti dəstələri çağırılmalı və preventor xətlərinin birinə qoşulmuş sementləyici aqreqat olmalıdır.
3.2.1.26 Debit ölçülən zaman lay flüidinin yığılması üçün quyu ağzından 100m-dən az olma-yan məsafədə xüsusi anbar və ya tutum quraşdırılmalıdır.
3.2.1.27 Sınaq nümunələrinin daşınması zamanı onların dağılmasına və yanğının baş vermə-sinə yol verilməməlidir.
3.3 Neft və qaz quyularının istismarı. Quyuların mənimsənilməsi


3.3.1 İstismar kəmərinin perforasiyasına qədər fontan quyusunun quyu ağzı avadanlığı və quyu kommunikasiyaları quyu məhsulunun qəbuluna hazır olmalıdır. Neftin ümumi anbara və tutuculara açıq qanovla axıdılmasına yol verilməməlidir.
3.3.2 Quyuda kəmərin partlayış üsulu ilə deşmə əməliyyatı barədə FHN-nin yanğın təhlükə-sizliyi xidmətlərinə yazılı şəkildə məlumat verilməli, əməliyyat qazma və ya neftqazçıxarma idarəsinin geoloqunun iştirakı ilə aparılmalıdır.
Quyularda atma-partlayış işləri mütləq yanğınsöndürmə avtomobillərinin növbətçiliyi ilə aparılmalıdır.
3.3.3 Fontan armaturlarının işçi təzyiqi quyunun istismarı zamanı quyu ağzında gözlənilən maksimal təzyiqə uyğun olmalıdır.
3.3.4 Fontan armaturu, armaturların təchizat normasına müvafiq olaraq, araqat və sancaqların tam komplekti vasitəsi ilə yığılmalıdır. Armaturların quraşdırılması müvafiq sənədlərə uyğun rəsmiləşdirilməli və neftqazçıxarma müəssisəsinin baş mühəndisi tərəfin-dən təsdiq edilməli-dir.
3.3.5 Fontan quyusunun mənimsənilməsi prosesində nasos-kompressor borularının endiril-məsinə və qaldırılmasına yalnız quyu ağzında gözlənilən maksimal təzyiqə uyğun keçirici ka-tuşka və qol borusu olan siyirtmə olduqda icazə verilir.
Boruların endirilməsi və ya qaldırılması əməliyyatları zamanı neft və qaz təzahürü və yaxud günün qaranlıq vaxtlarında işıqlandırmanın qəza sönməsi baş verərsə, yuxarıda göstərilən siyirtmə dərhal quyu ağzında quraşdırılmalı və sonrakı işlər dayandırılmalıdır. Əgər quyu uzun müddətə saxlanılıbsa quyu ağzı germetikləşdirilməlidir.
3.3.6 Quyunun mənimsənilməsi səyyar kompressorun köməyi ilə aparılırsa, o quyu ağzından 25m-dən az olmayan məsafədə, küləyin üstünlük təşkil edən istiqamətində quraşdırılmalıdır.
3.3.7 Fontan quyusunun svablanma üsulu ilə mənimsənilməsindən əvvəl:
- aqreqatla idarəetmə pultunda işləyən işçinin qorunması məqsədi ilə qurulmuş talvarın yanar konstruksiyaları odadavamlı tərkiblə işlənilməli;
- yuxarı siyirtmənin istiqamətləndirici qıfı qığılcım verməyən materialdan olmalı;
- səyyar qaldırıcı bucurqad quyu ağzından 25m-dən az olmayan məsafədə quraşdırılmalıdır.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə