Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ



Yüklə 2,46 Mb.
səhifə60/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   56   57   58   59   60   61   62   63   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

3.7.2.15 Qaynaq prosesində elektrodlar dəyişdirilərkən onların qalıqları qaynaq işi aparılan yerlərdə qoyulmuş xüsusi metal yeşiklərə yığılmalıdır.
3.7.2.16 Elektrik kabellərinin və qaz şlanqlarının birgə çəkilməsi və onların eyni səviyyədə kəsişməsi qadağandır.
3.7.2.17 Elektrik qaynaq və qazla kəsmə işləri şaquli sahələrdə yerinə yetirilən odlu işlər aparılan yer qaynaq və ya kəsmə nöqtəsinin hündürlüyündən asılı olaraq cədvəldə göstərilən radius daxilində yanar maddə və materiallardan təmizlənməlidir.
Cədvəl 1

Qaynaq və kəsmə nöqtəsinin maksimal
hündürlüyü, m

Qığılcımların dağılma radiusu,m

Qaynaq zamanı

Kəsmə zamanı

0
2
5
7
10

4
6
8
10
12

6
8
10
12
14



3.7.2.18 Qaz qaynağı işləri zamanı oksigen balonlarının, şlanqların, odluğun, həmçinin asetilen generatorunun üzərinə yağ, neft və neft məhsullarının dağılmasının qarşısını alan tədbirlər görülmılidir.
3.7.2.19 Oksigen balonlarından 10 m-ə qədər məsafədə açıq alovdan istifadə etmək və yanacaq-sürtgü materialları saxlamaq qadağandır. Oksigen və asetilen balonları arasındakı məsafə 5 m-dən az olmamalıdır.
3.7.2.20 Məhsuldarlığı 5m3/saat qədər olan stasionar asetilen generator qurğuları yerləşdirilən otaqlarda xüsusi aralıq anbarlar olmadıqda, barabanlarda 200 kq-a qədər kalsium karbidin saxlanılmasına və bu halda yalnız bir barabanın açıq vəziyyətdə olmasına icazə verilir.
3.7.2.21 Müvəqqəti qaynaq işlərinin aparılması üçün səyyar asetilen generatorları yanğın və partlayış təhlükəsi olmayan yerlərdə yerləşdirilməlidir. İstehsalat otaqlarında generatorlar yalnız otaqların havası dəyişdirilmək şərti ilə yerləşdirilə bilər. Səyyar asetilen generatoru qaynaq işi aparılan yerdən, açıq alov mənbəyindən və bərk qızmış əşyalardan 10m-dən az olmayan məsafədə yerləşdirilməli və çəpərlənməlidir.
3.7.2.22 Qaz qaynağı aparılan yerdə 2 ədəddən çox oksigen balonunun saxlanılması qadağandır. Boş və oksigenlə dolu balonlar odlu işlər aparılan müvəqqəti yerdən iş başa çatdıqdan sonra oradan çıxarılmalıdır.
3.7.2.23 Asetilen generatoru kalsium karbid ilə doldurulduqdan sonra, odluğu yandırmamışdan əvvəl qazqolder və şlanqdakı hava qazla sıxışdırılıb çıxarılmalıdır.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə