Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Odlu işlərin icraçıları xüsusi peşə hazırlığı keçmiş, imtahan vermiş və müvafiq ixtisas vəsiqəsi almış və talon (Əlavə 12)



Yüklə 2,46 Mb.
səhifə59/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   55   56   57   58   59   60   61   62   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

3.7.2.6 Odlu işlərin icraçıları xüsusi peşə hazırlığı keçmiş, imtahan vermiş və müvafiq ixtisas vəsiqəsi almış və talon (Əlavə 12) almış şəxslər buraxılırlar.
3.7.2.7 Odlu işlər yanar konstruksiyaların yaxınlığında aparılarsa, onlar yanmayan materiallar-la (dəmir lövhələr, asbest və s.) mühafizə olunmalıdır.
3.7.2.8 Partlayış-yanğın və yanğın təhlükəli istehsalat sahələrində işlər yalnız gündüz vaxtı aparılmalıdır (qəza halları istisna olmaqla). Əgər odlu işlər bir neçə gün davam edirsə, hər gün işə başlamazdan əvvəl işlərin aparıldığı yerlərdə (aparatlarda, tutumlarda və s.) və təhlükəli zonada havanın analizi aparılmalıdır. Odlu işlərə başlamayana qədər həmin yerdə bütün işlər dayandırılmalı, birbaşa işlə məşğul olmayan işçilər təhlükəsiz məsafəyə uzaqlaşdırılmalıdır.
Partlayış-yanğın və yanğın təhlükəli istehsalat sahələrində qəza zamanı odlu işlərin aparılmasına icazə Əlavə 11-də verilmiş forma üzrə tərtib olunur.


Elektrik qövs və qaz qaynaq işləri
3.7.2.9 İşə başlamazdan əvvəl odlu işlərin aparılmasına cavabdeh şəxs qaynaqçı ilə birlikdə qaynaq transformatoruna, kabellərə, elektrod tutucusuna, yerləbirləşdirmə naqillərinə və iş yeri-nə baxış keçirilməli, yanar materialların, ətraf mühitdə qazlılığın olmamasına və müvafiq işıqlan-dırmanın mövcudlğuna əmin olmalıdır. Bundan əlavə, əmin olmaq lazımdır ki, odlu işlərin apa-rılması nəticəsində qonşu otaqlarda (arakəsmələrin arxasında və s.) yanğının baş verməsi ehtimalı yoxdur.
3.7.2.10 Elektrik naqillərinin və qaynaq avadanlıqlarının yanmasının qarşısını almaq üçün məftillərin en kəsiyi cərəyanın gücünə, izolyasiyası isə işçi gərginliyinə müvafiq seçilməlidir.
3.7.2.11 Elektrik qaynaq aqreqatı və transformator, onların kommunikasiya aparatları yanar qaz, buxarın olmadığı və neft məhsulları ilə bulaşmayan yerlərdə yerləşdirilməli, 10m radiusda yanar materiallardan təmizlənməlidir.
3.7.2.12 Elektrik qaynaq işləri zamanı əks ötürücü kimi metal konstruksiyalardan, texnoloji aparatların gövdələrindən və boru kəmərlərindən istifadə etmək qadağandır. Bu məqsədlə elektrod tutucusu üçün tətbiq olunan naqilə uyğun kabel seçilməlidir.
3.7.2.13 Elektrik qaynaq aparatları, transformatorları və qaynaq ediləcək konstruksiyalar qaynaq zamanı yerlə birləşdirilməlidirlər. Yerləbirləşdirmə qaynaq işinə başlamazdan əvvəl yerinə yetirilməlidir.
3.7.2.14 İzolyasıyasız və ya nasaz izolyasiyası olan, burulmaqla birləşdirilmiş naqillərdən, kustar elektrik qoruyuculardan istifadə etmək qadağandır. Qaynaq naqillərinin birləşdirilməsi üçün preslənmədən, qaynaqdan, lehimləmədən və xüsusi sıxacdan istifadə edilməlidir.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə