Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Məhsul kəmərləri qəza vəziyyətində olduqda və ya sızma aşkar edildikdə istismarına icazə verilmir. 4.3.7.5



Yüklə 2,46 Mb.
səhifə72/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   68   69   70   71   72   73   74   75   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

4.3.7.4 Məhsul kəmərləri qəza vəziyyətində olduqda və ya sızma aşkar edildikdə istismarına icazə verilmir.
4.3.7.5 Boru kəmərləri və bütün texnoloji avadanlıqlar GFYK doldurulmazdan əvvəl və hər təmirdən sonra təsirsiz qazla üfürülməlidir. Üfürülmə üfürülən qazın tərkibində oksigenin minimal partlayış təhlükəli miqdarının 5%-ə çatana qədər davam etdirilməlidir.
4.3.7.6 Çənlərdən, boru kəmərlərindən və digər texnoloji avadanlıqlardan GFYK boşaldılan zaman, məhsul tam sıxışdırılıb çıxarılana qədər onlar təsirsiz qazla və ya su buxarı ilə üfürülməlidir.
4.3.7.7 Məhsul kəmərlərinin istismarı, onların məhsul və ya su ilə doldurulması zamanı, nasos stansiyası ilə üfürülmə qovşağı və ondan qabaqda yerləşən xətti armatura şəbəkələrinin növbə heyəti arasında telefon və ya radio rabitəsi yaradılmalıdır.
4.3.7.8 Məhsul kəmərinin üfürülməsi zamanı, üfürülmə borucuğundan 300 m-dən, üfürücü şəbəkə və anbardan isə 100 m-dən az olmayan məsafədə xəbərdaredici nişanlar qoyulmalı, adamların və nəqliyyatın daxil olduğu daha təhlükəli yerlərdə isə üfürülmə müddəti ərzində gözətçi postlar qoyulmalıdır.
4.3.7.9 Təmir işlərinin aparılması üçün məhsul kəmərinin həmin sahəsi məhsulu təbii qaz və ya su ilə sıxışdıraraq növbəti sahəyə vurmaqla əvvəlcədən boşaldılmalıdır.
4.3.7.10 Məhsul kəmərindən məhsulu boşaltdıqdan sonra, təbii qaz və ya su qalığının sıxışdırılıb çıxarılması üçün sıxılmış havadan istifadə edilməsinə yol verilir. Bu halda təbii qazın sıxışdırılmasına su tıxaclı mexaniki ayrıcılardan istifadə etməklə, üfürülmə sürəti 3 m/san olmaqla həyata keçirilməlidir.
4.3.7.11 Məhsul su ilə sıxışdırılıb çıxarıldıqdan sonra boru kəməri mexaniki ayırıcılardan istifadə etməklə əsaslı təmizlənməli, su kəsilənə qədər və üfürülən sahənin axırından çıxan havanın tərkibində karbohidrogen buxarlarının miqdarı, bu mühitdə alovun yayılmasının aşağı qatılıq həddinin 5%-nə çatana qədər səyyar kompressordan sıxılmış hava ilə üfürülməlidir.



Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə