Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


GFYK nasos stansiyalarına əlavə tələblər



Yüklə 2,46 Mb.
səhifə74/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   70   71   72   73   74   75   76   77   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

4.3.9 GFYK nasos stansiyalarına əlavə tələblər
4.3.9.1 GFYK nasoslarının üfürücü drenaj qurğusu və üfürmə kranlarının çıxışı yalnız qapalı xətlə nasosxananın xaricində quraşdırılmış yığım tutumuna birləşdirilməlidir. Yanar qazlar və karbohidrogen buxarları tutumdan məşələ verilməlidir. Üfürmə və drenaj məhsulunun nasosxanaya sızmasına yol verilməmə­lidir.
4.3.9.2 Nasoslar dərhal aşağıda göstərilən qəza hallarında dayandırılmalıdır:
- məhsul sızması baş verərdikdə;
-aqreqatda titrəyiş və səs əmələ gəldikdə;
- yastıqlarda və ya kipgəc birləşmələrində temperatur 60 0 C-dən yüksək olduqda;
- ventilyasiya sistemində nasazlıq aşkar edildikdə;
- nasosun vurğu xəttində təzyiq qəflətən 5%-dən aşağı endikdə;
- elektrik mühərriklərinin soyutma sistemində havanın təzyiqi aşağı endikdə.


4.4 Əsas istehsal obyektlərinin, avadanlıqlarının cari və əsaslı
təmiri, sınağı zamanı yanğın təhlükəsizliyi tələbləri
4.4.1 Partlayış və yanğın təhlükəsi olmayan texnoloji avadanlıqlarda müvəqqəti odlu işlərin aparılması ilə bağlı təmir işlərinin aparılmasına o zaman yol verilə blər ki, bu işlərin aparılması üçün daimi yer mövcud deyil. Yanğın təhlükəsizliyi tədbirləri görülməmiş bu işlərin aparılması qadağandır.
4.4.2 Odlu (qaz təhlükəli) işlərin təhlükəsiz görülməsinə dair nümunəvi Təlimata və bu Qaydalara əsasən hər bir müəssisədə istehsalatın xüsusuiyəti və yerli şərait nəzərə alınmaqla qaynaq və digər odlu işlərin təhlükəsiz görülməsinə dair Təlimat işəlnib hazırlanmalıdır.
4.4.3 Partlayış-yanğın təhlükəli neft kəmərləri obyektlərində müvəqqəti təmirə hazırlıq işləri, təmir və odlu işlər müəssisənin təmir briqadası və yaxud FHN-nin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin müvafiq iş növü üzrə lisenziyası olan ixtisaslaşdırılmış podratçı təşkilatların təmir briqadaları tərəfindən aparılmalıdır.
4.4.4 Odlu işlərin görülməsinə (elektrik qaynaqçısı, qaz qaynaqçısı, qaz kəsici, lehimləyici və s.) xüsusi ixtisas hazırlığı keçmiş , biliyi yoxlanılmış, ixtisas vəsiqəsinə malik və yanğın təhlükəsizliyi üzrə talonu olan şəxslər buraxılırlar.
4.4.5 Odlu və təmir işlərinin görülməsi zamanı yanğın təhlükəsizliyinin təmin edilməsi üzrə cavabdehliyi ərazilərində və otaqlarında bu işlər yerinə yetirilən müəssisələrin, sexlərin, laboratoriyaların, emalatxanaların, anbarların və istehsalat sahələrinin rəhbərləri daşıyır. Bu halda boru kəmərləri obyektlərində təmir və odlu işlərin aparılmasına hazırlıq üçün müəssisənin əmri ilə məsul şəxs (boru kəməri obyektinin istismar heyyətinin MTİ-lərindən, o cümlədən işlər podratçı təşkilat tərəfindən aparıldığı halda) təyin edilir.
4.4.6 Odlu işlər aparılan yerlər daimi və müvəqqəti yerlərə bölünür.
Odlu işlər aparılan daimi yerlər obyektin layihəsinə və pasportuna əsasən təchiz edilməlidir. Odlu işləri aparılması üçün təyin olunmuş daimi yerlərdə və yaxud sahələrdə görüləcək odlu işlərin siyahısı, yanğın təhlükəsizli üzrə təlimat, normaya uyğun ilkin yanğınsöndürmə vasitələri olmalıdır.
4.4.7 İşləyən texnoloji avadanlıqlarda odlu işlərin aparılması zamanı yanğının baş verməsi-nin qarşısını almaq məqsədi ilə əgər bu işlərin daimi yerdə aparılması mümkün olmadığı halda, müvəqəti quraşdırılmış yerlərdə aparılmasına icazə verilir.
Təmir və odlu işlərin aparılmasına hazırlıq zamanı bu işlərin görülməsinə məsul şəxs işin həcmini, təhlükəli zonanı, avadanlıqların siyahısını müəyyən edir, icazə –buraxılış vərəqəsini rəsmiləşdirir (Əlavə 10).
İcazə-buraxılış vərəqəsində təhlükəsizlik tədbirləri, icraçı briqadanın tərkibi, briqada üzvlərinin təlimatlandırılması və barədə imzaları olmalıdır.
İcazə-buraxılış vərəqəsi yanğın təhlükəsizliyi xidməti ilə razılaşdırılmalıdır.
4.4.8 İcazə-buraxılış vərəqəsi iki nüsxədə tərtib olunmalıdır, bir nüsxəsi işin rəhbərinə verilməli, digəri isə bir il ərzində obyektdə saxlanılmalıdır. İcazə-buraxılış vərəqəsində hər hansı dəyişiklik etmək, düzəliş aparmaq qadağandır.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə