Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Bu planlar müəssisənin baş mühəndisi tərəfindən təsdiqlənir və fövqəladə hallar üzrə obyektin komissiyası ilə razılaşdırılır. 4.9.3



Yüklə 2,46 Mb.
səhifə82/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   78   79   80   81   82   83   84   85   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

4.9.2 Bu planlar müəssisənin baş mühəndisi tərəfindən təsdiqlənir və fövqəladə hallar üzrə obyektin komissiyası ilə razılaşdırılır.
4.9.3 Planda obyektin bölmələrinin və istehsalat sahələrinin məsul şəxslərinin baş vermiş hadisə barədə xəbərdar edilməsi qaydası, qəza və yanğın baş vermiş yerdə zəruri quvvə və vəsaitin toplanılması və bir yerdə cəmləşdirilməsi, ilkin qazxilasetmə işlərinin və yanğının söndürülməsinin təşkili üzrə, həmçinin, kənardan cəlb olunmuş bölmələrlə birgə fəaliyyətin təşkili üzrə hərəkətlərinin izahı öz əksini tapmalıdır.
4.9.4 Müəssisədə QLP və YSP-nın həyata keçirilməsi mexanizmi işlənib hazırlanmalı, qəza rejiminin elan edilməsi hüququ olan, planların vaxtında və tam yerinə yetirilməsinə məsuliyyət daşıyan vəzifəli şəxslərin siyahısı müəyyən edilməlidir.
4.9.5 QLP və YSP vaxtında korrektə olunmalı, hər il nəzərdə tutulan qüvvə və vəsaitləri cəlb etməklə sınaqdan keçirilməlidir.
4.9.6 Qəza zamanı partlayış və yaxud yanğın baş verdikdə obyektin (sexin) rəhbəri və ya digər məsul şəxs obyektin (sexin) qəza rejiminə keçirilməsini və ÇƏP üzrə işə başlamanı elan edir və bu barədə müəssisə rəhbərinə məlumat verir.
Qəza zamanı mövcud qüvvə və vəsaitlərdən istifadə etməklə aşağıdakı tədbirlər görülməlidir:
- zərərcəkənə ilk tibbi yardım göstərilməli; yanğın və ya qəzanın ləğvi ilə məşğul olmayan bütün işçi heyyət təhlükəli yerlərdən təxliyyə olunmalı; qəza və yaxud yanğın ləğv olunana qədər həmin sahələrə yalnız sex rəhbərinin və ya qəzanın ləğvi üzrə işlərə rəhbərlik edən şəxsin icazəsi ilə daxil olmaq;
- yanğınsöndürmə, qazxilasetmə dəstələri, ilk tibbi yardım çağırılmalı, yanğınsöndürmə vasitələri hazır vəziyyətə gətirilməlidir;
- qəza və yanğın baş verdiyi yerlərdə və onlarla qonşu sahələrdə odlu və bütün digər işlər dayandırılmalıdır;
- mühafizə vasitələrindən və təhlükəsiz alətlərdən istifadə etməklə qəzaların və yanğınların lokkallaşdırılması və ləğvi ilə bağlı bütün tədbirlər görülməli;
- QLP və YSP-na uyğun olaraq istehsalat avadanlıqlarının işi dayandırılmalı və yaxud onlar qəzanın ləğvini təmin edən iş rejiminə keçirilməlidir;
- qəza zonasında yerləşən apparat və avadanlıqlar mümkün qədər AAM, YM və GFYK azad olunmalı və orada təzyiq mümkün qədər endirilməlidir;
- qəza ventilyasiya sistemləri işə salınmalı, otağın təbii havalandırılması gücləndirilməlidir;
- qəza baş verdiyi zonanın qaz təhlükəli sahələrində və qonşu sahələrdə qəza xidmətinin nəqliyyat vasitələrindən başqa bütün növ nqliyyat vasitələrinin hərəkəti qadağan edilməlidir;
- lazım gəldikdə əlavə qüvvə və vəsait toplanmalı;
- yanğının söndürülməsində iştirak edən adamların yanmaqdan, tüstüdən zəhərlənmədən və boğulmaqdan, yanan məhsul tullanışından, konstruksiyaların dağılmasından, elektrik zərbəsindən mühafizəsi təşkil edilməlidir;
- yanğının söndürülməsi ilə yanaşı yüksək temperatur təsirindən binaların konstruksiaylarının, çənlərin və texnoloji aparatların soyudulması təşkil olunmalıdır;
- lazım gəldikdə neftin dağılmasın qarşı və yanan çəndən boşaldıması üçün bəndlərin quraşdırılması təşkil olunmalıdır.
Qəza və yanğınların ləğvi üzrə digər tədbirlər hər konkret hal üçün, yaranmış vəziyyətdən asılı olaraq, yanğın təhlükəsizliyi tələblərinə riayət etməklə, qəzanın ləğvi işlərinin rəhbəri tərəfindən müəyyən olunur.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə