Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ



Yüklə 2,46 Mb.
səhifə84/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   80   81   82   83   84   85   86   87   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

5.2 Ərazi və ekstakadaların saxlanılması


5.2.1 Quyuların qazılması, neft və qazın çıxarılması (o cümlədən neft və qazın yığılması, hazırlanması, saxlanılması qurğuları, neft və qazın nəqli və s.) ilə məşğul olan istehsalat obyektlərinin ərazisi binalar, qurğular, həmçinin istehsalat, köməkçi və inzibati-təsərrüfat otaqları və avadanlıqları daima təmiz və lazımi qaydada saxlanılmalıdır.
İstehsalatın yanar qalıqları (tullantıları) təmizlənrnəli və yanğın cəhətdən təhlükəsiz yerdə yandırılaraq məhv edilməlidir. Dəniz neftqazmədən (DNQM) obyektlərində asan alışan maddələr və yanar maddələrin (AAM və YM) dağıldığı yerlərə qum tökülməlidir.
5.2.2 İdarənin bütün bina və qurğularına azad (maneəsiz) yanaşma imkanı yaradılmalıdır. Bina və qurğular arasında olan yanğına qarşı yarıqlarda material, avadanlıq və alətlərin saxlanılması və eyni zamanda avtonəqliyyat vasitələrinin dayanacağının təşkili qadağandır.
5.2.3 Estakadaları saz vəziyyətdə saxlamaq lazımdır. Estakadaların üstündən boru kəmərlərinin keçdiyi yerlərdə keçidin qabaritləri göstərilməklə yol işarəsi quraşdırılmalı və gecə vaxtı işıqlandırılmalıdır.
5.2.4 Estakadanın aparıcı konstruksiyaları və elementləri metal və ya dəmir- betondan hazırlanmalıdır. Estakadaların və ona bitişik özüllərin işlək yolunun döşəməsi əsasən asfalt örtüklü dəmir betondan olmalıdır.
5.2.5 Estakadanın işlək yolunun eni azı 3,4m, piyadalar üçün səkinin eni – 0,75m olmalıdır. Estakadalarda hər 150-300m-dən bir eni 6m, uzunluğu azı 30m olan yolayrıcı meydançalar olmalıdır, estakadanın işlək yolu iki tərəfdən də çarxı dəf edən tirlərlə çəpərlənməlidir.
5.2.6 Boru kəmərlərini və digər kommunikasiyaları zədələyə bilən böyük qabaritli avadanlığın estakadaların üzəri ilə daşınması qadağandır. Estakadanın işlək yolunda nəqliyyat vasitələrinin dayanması qadağandır.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə