Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Neft və qaz quyularının qazılması



Yüklə 2,46 Mb.
səhifə90/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   86   87   88   89   90   91   92   93   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

5..5 Neft və qaz quyularının qazılması


5.5.1 Quyular qazılarkən, "Neft, qaz, qazkondensat yataqlarında quyuların tikintisi işlərinin aparılmasının vahid tex­niki Qaydaları"nda və "Dəniz neft, qaz yataqlarının kəşfiyyatı və istismarında təhlükəsizlik Qaydaları»nda nəzərdə tutulmuş tələblərə riayət olunmalıdır.
5.5.2 Maşın bölmələrinin yerləşdiyi otaqlar (qazma bucurqadlarının intiqalları, qazma nasosu, sementləyici kompleks, əsas və qəza dizel-generatorları və s. yerləşdiyi otaqlar) yanmayan materiallardan hazırlanmalıdır.
5.5.3 Daxili yanma mühərriklərinin (DYM) yanacaq tutumları otaqlardan xaricdə və günəş şüalarının təsirindən, istilik radiasiyası və kənar əşyaların düşməsindən qorunan yerdə yerləşdirilməli və su şırnağı ilə (oroşeniye) təchiz edilməlidir.
Yanacaq kəməri tez sökülüb-yığılan polad borulardan hazırlanmalıdır. Kəmərin iki bağlayıcı qurğusu olmalıdır. Bağlayıcı qurğunun biri yanacaq tutumunun yanında, digəri isə maşın bölməsinin xarici divarından 5m məsafədə olmalıdır.
5.5.4 Maşın bölməsinin daxilində, DYM-nin sərfi üçün, həcmi 200 litrdən çox olmayan yanacaq çəlləyinin yerləşdirilməsinə icazə verilir.
5.5.5 DYM-nin işlənmiş qazlarının boruları (qaz buraxıcı kollektor) qığılcım-yağ tutanla təchiz edilməlidir.
5.5.6 İşlənmiş qazların boruları divar, döşəmə və tavanlardan keçdiyi yerlərdə germetikləşdirici qurğular quraşdırılmalıdır. Germetikləşdirici qurğular yanmayan materialdan hazırlanmalı və onların oda davamlılığı hüdudu 0,75 saatdan az olmamalıdır.
5.5.7 DYM-nin qazburaxıcı kollektorlarının (flans birləşmələri də daxil olmaqla) istilik izolyasiyası, saz (nöqsansız) yağkeçirməyən polad örtükdən və yaxud davamlılığı az olan tərkiblə örtulmüş asbest parçadan olmalıdır. İstər soyudulan, istərsə də soyudulmayan qazburaxıcı kollektorların səthinin hərarəti 3330K (600C) çox olmamalıdır.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə