Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Quyuların svablamaqla, fontan quyularının isə jelonka ilə dartaylamaqla mənimsənilməsi qadağandır. 5.6.1.10



Yüklə 2,46 Mb.
səhifə93/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   89   90   91   92   93   94   95   96   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

5.6.1.9 Quyuların svablamaqla, fontan quyularının isə jelonka ilə dartaylamaqla mənimsənilməsi qadağandır.
5.6.1.10 Quyuların tüstü qazları ilə mənimsənilməsi prosesində, daimi olaraq tərkibdəki (sərbəst) oksigenin həcmi payı yoxlanılmalıdır. Belə ki, generatorun odluğuna daxil olan havanı tənzim etməklə oksigenin həcmi payının 5% çox olmaması təmin olunmalıdır.
5.6.1.11 Quyular köpüklə mənimsənilərkən səthi-aktiv maddələrin (SAM) od təhlükəsiz və zəhərsiz sulu məhlullarından istifadə olunmalıdır.
5.6.1.12 Quyular gecə vaxtı mənimsənilərkən iş yerləri qəbul olunmuş normalara müvafiq olaraq işıqlandırılmalıdır.
Quyu ağzında quraşdırılmış çıraqlar partlayış mühafizəli icrada olmalıdır.
5.6.1.13 Fontan quyularının mənimsənilməsi prosesində məcburi dayanma və fasilələrdə, fontan armaturasının siyirtmələri istismar təlimatına müvafiq olaraq bağlı olmalıdır.
5.6.1.14 Axının gəlməsi üçün sıxılmış havanın vurulması və ya mayenin hava ilə aerasiyası proseslərində fasilələrə yol verilməməlidir. Quyunun sıxılmış hava vurmaqla mənimsənilməsi prosesində qəza nəticəsində fasilə yaranmışsa, kəmər arxası fəzada təzyiq atmosfer təzyiqinə qədər endirilməli və ora təsirsiz qaz və ya köpük vurulmalıdır. Neft gəlmi (axını) əldə olunduqdan sonra quyudan aerasiya olumnuş bütün maye çıxmayınca atqı xəttinin bağlanması qadağandır.


Quyuların fontan və kompressor üsulu ilə istismarı
5.6.1.15 DDÖ-də olan fontan quyusu quyudaxili kəsici klapanla və kəsici siyirtməli məsafədən idarə olunan fontan armaturu ilə təchiz edilməlidir.
5.6.1.16 Quyudaxili kəsici klapanların və kəsici siyirtmələrin iş qabiliyyəti qrafik üzrə bu avadanlıqların TŞ-nə müvafiq yoxlanılmalı və bu haqda müvafiq jurnalda qeydlər aparılmalıdır.
5.6.1.17 Fontan üsulu ilə istismar edilən quyudakı kəmərarxası və kəmərarası təzyiqə nəzarət edilməli və bu kəmiyyətlər növbə jurnalında qeyd edilməlidir.
5.6.1.18 Quyudan gələn neft və qazın kompressora düşməsinin qarşısını almaq üçün qaz və hava paylayıcı blokdan (QHPB) gələn xəttlərin üzərində, quyu yaxınlığında, əks klapanlar quraşdırılmalıdır.
QHPB yerləşən otağın xaricində "Qaz-od təhlükəli" təhlükəsizlik nişanı asılmalıdır.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə