Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Maşın otaqlarının (zalının) ventilyasiyası həmişə saz (işlək) vəziyyətdə olmalıdır. 5.5.9



Yüklə 2,46 Mb.
səhifə91/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   87   88   89   90   91   92   93   94   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

5.5.8 Maşın otaqlarının (zalının) ventilyasiyası həmişə saz (işlək) vəziyyətdə olmalıdır.
5.5.9 Maşın otaqları təmiz saxlanılmalıdır. Yanar mayelərin qəliblərdə və döşəmənin altında yığılmasına yol verilməməlidir.
5.5.10 Deqazatorun çıxışı olmalıdır və həmin çıxışdan qaz, quyunun sınanma məhsulunun yandırıldığı qurğuya və ya qaz ötürücü boruya verilməlidir.
5.5.11 Estakadayanı özüldə yerləşən quyunu sementləyərkən, aqreqatları elə yerləşdirmək lazımdır ki, onlar estakadada nəqliyyatın hərəkətinə mane olmasınlar.
5.5.12 Qazıma qüllələrinin ayaqlarının suvarma sistemi işlək vəziyyətdə olmalıdır.
5.5.13 Neftin quyuya vurulmasında istifadə olunan sementləyici aqreqatlar quyu ağzında küləkdöyən tərəfdə yerləşdirilməlidir. İşlərə başlamazdan əvvəl neft üçün nəzərdə tutulmuş germetik bağlanan tutum hazır olmalıdır və aqreqatların DYM-nin qığılcımsöndürücülərinin saz vəziyyətdə olması yoxlanılmalıdır.
5.5.14 Neft vannasından sonra işlənmiş qazma məhlulu neftin qalığı xüsusi tutumlara yığılmalı, Dövlət Yanğından Mühafizə Xidməti və ətraf mühitin qorunmasına cavabdeh olan orqan ilə razılaşdırılmış yerə aparılmalıdır.
5.5.15 Qazıma qurğusunun sirkulyasiya (dövran) sistemi aşağıdakıları təmin etməlidir:
- qazıma məhlulunun qəbuledici tutumlarda səviyyəsinə nəzarəti;
- quyudan çıxan qazma məhlulunda qazın mövcudluğuna nəzarəti;
-qazıma məhlulundan qazın ayrılmasını (məhlulda qazın olmasının ilk əlamətlərində).
5.5.16 Quyu ağzı preventor qurğusu ilə təchiz olunmalıdır. Preventorun işçi təzyiqi, fontan zamanı quyu ağzını sxem üzrə bağlayarkən, gözlənilən təzyiqə müvafiq olmalıdır. Sxem müvafiq qaydada razılaşdırılmalı və təsdiq edilməlidir. Sxemin bir nüsxəsi ona daxil olan bütün elementlərin faktiki parametrləri, tullanışa qarşı qurğunun və onun quraşdırılma elementlərinin pasportları DDÖ-də (ÜQQ) , digəri isə DDÖ-nü (ÜQQ) istismar edən müəssisədə olmalıdır.
5.5.17 Anomal yüksək lay təzyiqi (AYLT) olan ərazilərdə kəşfiyyat və axtarış quyuları qazılan zaman obyektdə stasionar qaz karotajı stansiyası yoxdursa, o DDÖ-də (ÜQQ) məhsuldar layın açılmasına 200m qaldıqda quraşdırılmalıdır. Bu fakt GTN-da (geoloji texniki naryadda) qeyd olunmalıdır.
5.5.18 Qaz-neft-su təzahürünün ilkin əlamətlərində quyu ağzını germetikləşdirmək və quyunu boğmaq (basmaq) üçün tədbirlər görmək lazımdır. Tədbirləri "Quyuların qaz-neft-.su təzahürü zamanı boğulması metodikası" na müvafiq aparmaq lazımdır.
DDÖ -nüin (UQQ, QG) rəisi və ya onu əvəz edən şəxs baş vermiş hadisə barəsində Dəniz Qazma İşləri İdarəsinin (DQİİ) rəhbərliyinə xəbər verməlidir. Özüqalxan üzən qazma qurğusunda ÖQQ (YÜQQ, QG) əmələ gələ biləcək pilpilənin (qrifonun) daimi müşahidəsi təşkil olunmalıdır.
ÜQQ-nin yerləşdiyi ərazidə pilpilə əmələ gələrsə və ÜQQ üçün təhlükə yaranarsa, ÜQQ-nun rəisi dərhal ÜQQ-nu qazıma yerindən uzaqlaşdırılması üçün ölçü götürməlidir.



Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə