Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ



Yüklə 2,46 Mb.
səhifə94/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   90   91   92   93   94   95   96   97   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

5.6.1.19 QHPB-nin qaz və ya hava kollektorlarında xüsusi tutuma istiqamətləndirilmiş boru xəttləri nəzərdə tutulmalıdır.
Kompressor stansiyaları
5.6.1.20 Kompressorlar, onları istehsal edən zavodun təlimatına "Neft və qazçıxarma sənayesində təhlükəsizlik Qaydaları"na, "Hava və qaz kəmərlərinin, stasionar kompressor qurğularının təhlükəsiz istismarı və quraşdırılması Qaydaları"na, "Partlayış təhlükəli və zəhərli qazlarla işləyən porşenli kompressorların təhlükəsiz istismarı və quraşdırılması Qaydaları"na müvafiq istismar edilməlidir.
5.6.1.21 Kompressorun hər bir sıxma pilləsindən sonra sıxılmış qaz və ya hava yağdan təmizlənməlidir. Əks halda kompressorun işləməsi qadağandır. Kompressor işləyərkən yağayırıcıda yığılmış mayenin müntəzəm olaraq boşaldılması təmin edilməlidir.
5.6.1.22 Standart şəraitdə (0,lMPa və 20°C) qaz kompressorlarına daxil olan sorulmuş qaz-hava qarışığında oksigenin həcmi payı 10% artıq, 5 MPa təzyiqdə-7%, 10MPa qədər - 6%, 20MPa qədər - 5% və 35 MPa qədər - 3 % -dən artıq olmamalıdır.
Hər dəfə yeni bir quyu qoşulduqda və ya açıldıqda, onların iş rejimi dəyişildikdə, yerli təlimatlarda qəbul olunmuş vaxtdan gec olmayaraq, oksigenin miqdarına və qaz-hava qarışığına nəzarət olunmalıdır.
5.6.1.23 Hər dəfə təmirdən sonra qaz kompressorlarının qəbul və atqı boru xətlərinin germetikliyi yoxlanılmalıdır.
Qaz sızması aşkar edildikdə kompressor saxlanılmalı və nasazlıqlar aradan qaldırılmalıdır.
5.6.1.24 Qaz kompressoru stansiyalarında, işıqlandırma qurğularının təmiri və ya enerjinin qəza nəticəsində söndürülməsi zamanı, yalnız partlayış mühafizəli akkumulyator çıraqlarının istifadə edilməsinə icazə verilir.
5.6.1.25 Pillələr arası qoruyucu klapanlarsız çoxpilləli kompressorların (10 QKNAM tipli) istismarı qadağandır.
5.6.1.26 Qaz kompressoru stansiyalarında, kompressorla qurğularının işi ilə əlaqəsi olmayan aparat və avadanlıqların yerləşdirilməsi qadağandır.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə