Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Yanğın hidrantları və ya paylayıcı daraqlar texnoloji meydançanın bortundan 40m çox olmayan məsafədə quraşdırılmalıdır. 5.8.60



Yüklə 2,46 Mb.
səhifə102/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   98   99   100   101   102   103   104   105   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

5.8.59 Yanğın hidrantları və ya paylayıcı daraqlar texnoloji meydançanın bortundan 40m çox olmayan məsafədə quraşdırılmalıdır.
5.8.60 Hər bir texnoloji meydançada yanğınsöndürmə avadanlığı ilə komplektləşdirilmiş yanğınsöndürmə postu nəzərdə tutulmalıdır.
5.8.61 Texnoloji meydançada azı 2 yanğın hidrantı və ya paylayıcı daraq quraşdırılmalıdır.
5.8.62 Doldurma körpüsü kompleksində yanğınsöndürmə avtomobilləri üçün eni 4,5m olan keçid və onların dönməsi məqsədilə ölçüsü 12x12m olan xüsusi meydança quraşdırılmalıdır.
5.8.63 Qəza nəticəsində neft məhsullarının texnoloji meydançaya tökülməsinin (axıdılmasının) və həmçinin şlanq vasitələrinin tankerin qəbul qol borularından (patrubok) ayrılmasının qarşısını almaq məqsədilə texnoloji boru kəmərləri və stenderlər tez bağlanan klapanlarla və hidravlik zərbədən qoruyan qurğularla təchiz olunmalıdır.
5.8.64 AYƏMS-in vahid yanğın siqnalizasiya, avtomatika, bloklama və telefon əlaqəsi sistemi olmalıdır. O, özündə neft bazasının, doldurma körpüsü kompleksinin (texnoloji meydança və körpüyə yan almış tanker) yanğına qarşı mühafizə sistemini birləşdirməlidir.
5.8.65 Doldurma qurğularının yerləşdiyi körpü meydançaları tökülmüş mayenin maneəsiz hidravlik sürgüdən keçməklə xüsusi tutuma axıdılmasını təmin etməlidir. Xüsusi tulumlar mayenin çıxarılması üçün nasosla təmin edilməlidir.
Su kəməri olan yerlərdə tökülmüş mayenin əvvəlcə yanmayan yuyucu vasitə ilə sonra isə su ilə yuyulması təmin olunmalıdır.
5.8.66 Doldurmadan əvvəl bütün ventillərin, siyirtmələrin düzgün açılması, eyni zamanda bütün doldurma-tökmə qurğularının saz olması, şlanq və ya teleskopik boru birləşmələrinin kipliyi yoxlanılmalıdır. Doldurma qurğularında aşkar edilmiş sızma dərhal aradan qaldırılmalıdır.
5.8.67 Dəniz neftyığma məntəqəsinə yan almış neft daşıyan gəmiyə yanğın təhlükəsizliyi baxımından doldurma-boşaltma əməliyyatının mümkünlüyünü təyin etmək üçün dəniz nəqliyyatı, körpü təsərrüfatının və Dövlət Nəzarəti Xidmətinin nümayəndələri baxış keçirməlidir.
5.8.69 Neft daşıyan gəmi neftin vurulması üçün nəzərdə tutulan şlanqları boru kəmərləri ilə birləşməsindən əvvəl, yerləbirləşdirilməlidir. Yerləbirləşdirmə qurğusu yalnız doldurma və boşalma əməliyyatı qurtardıqdan, boru kəmərlərini gəmi və körpü şlanqlarından ayırdıqdan sonra açılmalıdır.
5.8.70 Gəminin boru kəmərlərini körpünün doldurma-boşaltma qurğuları ilə birləşdirən şlanqların uzunluğu, gəminin yanalma körpüsündə yerdəyişməsini təmin etməlidir. Şlanqlar yumşaq kəndirlərin (stropların) və ya taxtadan (ağacdan) düzəldilmiş dayaqların (dirəklərin) köməyi ilə etibarlı surətdə işçi vəziyyətdə saxlanılmalıdır.
5.8.71 Körpünün və neft daşıyan gəminin xidməti heyəti doldurma-boşaltma işlərinin gedişinə və avadanlığın vəziyyətinə daima nəzarət etməlidir. Neftin sızma (axma) yerlərini dərhal aradan qaldırmalıdır. Əgər sızmanın (axma) qarşısını almaq mümkün deyilsə, onda doldurma - boşaltma əməliyyatı, nasazlıq aradan qaldırılana kimi dayandırılmalıdır.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə