Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Elektrik avadanlığında yanğının söndürülməsi



Yüklə 2,46 Mb.
səhifə110/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   106   107   108   109   110   111   112   113   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

5.17 Elektrik avadanlığında yanğının söndürülməsi
5.17.1 Yanğının söndürülməsindən əvvəl gərginlik altında olan elektrik avadanığı dərhal dövrədən açılmalıdır. Əgər avadanlığı dövrədən dərhal açmaq mümkün deyilsə, yanğının söndürülməsi üçün karbon qazlı odsöndürənlərdən, quru qumdan və azbest örtükdən istifadə olunmalıdır. Digər odsöndürən vasitələrin tətbiqi qadağandır.
5.17.2 Gərginlik altında olan yanan elektrik avadanlıqlanının söndürülməsində iştirak edən şəxslər saz və yoxlanılmış fərdi izoləedici elektrik qoruyucu vasitələrdə işləməlidirlər (dielektrik əlcəklər, uzunboğaz çəkmələr). Bu zaman avadanlığın cərəyan altında olan hissələrinin odsöndürənin gövdəsinə və ya genişlənən borucuğuna toxunmasına yol vermək olmaz.
5.17.3 Yanan elektrik avadanlığı elektrik dövrəsindən açılmışsa, onu istənilən odsöndürən vasitələrlə söndürmək mümkündür. Elektrik avadanlığının xarab olmasının qarşısını almaq məqsədi ilə imkan daxilində karbon qazlı odsöndürənlərin, onlar olmadığı halda isə mexaniki-hava köpüyünün istifadə olunması tövsiyə olunur. Mexaniki-hava köpüyü və şirin su elektrik avadan- lığının izoiyasiyanın müqavimətini aşağı saldığına görə, onların tətbiqindən sonra elektrik avadanlığı qurudulmalıdır.
Dəniz suyunun və kimyəvi köpüyün istifadəsi elektrik avadanlığını uzun müddətə sıradan çıxara bilər.


5.18 Yanacaq doldurulan şöbələrdə, tanklarda, tutumlarda
yanğının söndürülməsi
5.18.1 Tanka (tutuma) neft məhsulları doldurularkən yanğın baş verdikdə, aşağıdakılara əməl olunmalıdır:
- dərhal doldurma əməliyyatı dayandırılmalı, boru kəmərlərinin klapanları bağlanmalı və şlanqlar ayrılmalıdır; tank germetikləşdirilməlidir;
- stasionar yanğınsöndürmə qurğusu işə salınmalıdır; DDÖ-də (DÖ, ÜQQ) yanğın mənbəyinə yaxın olan otaqların və şöbələrin arakəsmələrinə nəzarət gücləndirilməlidir;
- yanğın mənbəyinin yaxınlığında yerləşən göyərtə (yaruslar), arakəsmələr və digər konstruksiyalar və neftin, neft məhsullarının, qazın saxlanıldığı digər tankların ərazisi dəniz suyu ilə soyudulmalıdır.
5.18.2 Yanar qaz və buxarların partlamasının qarşısını almaq üçün aşağıdakılara əməl olunmalıdır:
- qaz və buxarların digər otaqlara yayılmasının qarşısını almaq üçün tədbirlər görülməlidir;
- ÜQQ (DDÖ, DÖ) rəisinin icazəsi ilə yanar qaz və buxarların yüğıldığı əraziyə elektrik enerjisinin verilməsi dayandırılmalıdır;
- yanar qarışıqların partlayış təhlükəli qatılığının ləğv edilməsi üçün bütün mümkün tədbirlər görülməlidir (süni ventilyasiya, təsirsiz qazlarla qarışığın yaradılması, soyutma və s.).


5.18.3 Tankda (tutumda), göyərtədə, suda yanan neft məhsullarının söndürülməsi üçün, effektli vasitə kimi, orta artımlı (100:1) mexaniki-hava köpüyündən istifadə olunmalıdır.
Yanğının söndürülməsinin effektliyi üçün DDÖ-ün (DÖ, ÜQQ) göyərtəsinin, bortlarının və digər konstruksiyalarının su ilə soyudulmasının böyük əhəmiyyəti vardır.



Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə