Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


DDö-də (Dö, üQQ) yanğının söndürülməsi



Yüklə 2,46 Mb.
səhifə107/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   103   104   105   106   107   108   109   110   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

5.12 DDö-də (Dö, üQQ) yanğının söndürülməsi
5.12.1 DDÖ (DÖ, ÜQQ) heyətinin yanğınla mübarizəsi yanğının söndürülməsinin operativ planına.müvafiq həyata keçirilir və özündə aşağıdakı əsas fəaliyyəti cəmləşdirir:
- yanğın yerinin aşkar edilməsi və ölçülərinin təyini;
- yanğının yayılmasının məhdudlaşdırılması;
- yanğın zamanı ehtimal olunan partlayışların qarşısının alınması;
- yanğının və onun nəticələrinin ləğv edilməsi.
5.12.2 Yanğınla mübarizənin həyacan siqnalını eşitdikdə (qəbul etdikdə) qəza partiyalarının (qrupların) rəisləri borcludur:
- yanğının baş verdiyi əraziyə (rayona) gəlməli, DDÖ (DÖ, ÜQQ) rəhbərliyinə partiyanın (qrupun) yanğınla mübarizəyə hazır olduğunu məruzə etməli;
- yanğının yerini və ölçülərini müəyyən etməli;
- yanğının söndürülməsi üçün lazımi sayda qüvvə və vasitələri ayırmalı və onların fəaliyyətini təyin etməli;
alovun bürüdüyü otaqlardan və tüstülənmiş ərazilərdən zərərçəkənlərin çıxarılmasını və onlara ilkin tibbi yardımın göstərilməsini təşkil etməli;
- qəza baş vermiş otaqlarla həmsərhəd (qonşu) olan otaqların və şöbələrin yoxlanılmasını təşkil etməli, lazım gəldikdə ara divarların soyudulmasını təmin etməli;
- aparılan kəşfiyyatın nəticələri və qəza partiyasının fəaliyyəti barəsində DDÖ (DÖ, ÜQQ) rəhbərliyini məlumatlandırmalı və ehtiyac duyulduqda, yanğının ləğv edilməsi üçün əlavə qüvvə və vasitələr tələb etməlidir.
5.12.3 Tüstülənmiş və yanan otaqlara göndərilən şəxslər yanğınsöndürən ləvazimatı, qoruyucu tros və kəmərlə, eyni zamanda izoləedici nəfəsalma aparatı ilə təchiz olunmalıdırlar.
Tüstülənmiş və yanan otaqlarda filtrli nəfəsalma cihazlarının istifadə olunması qadağandır.
5.12.4 İsanların otaqlardan təhlükəsiz keçidini təmin etmək və eyni zamanda yanar (yana bilən) materialların buxarlarının yayıldığı otaqların soyudulması üçün, yanğınsöndürmə püskürdücü - lülələr tətbiq olunmalıdır.
5.12.5 Yanğını söndürən zaman, tüstü ilə mübarizə üçün tədbirlər görmək lazımdır. Bu məqsədlə daşınan tüstü sorandan, əgər mümkündürsə, stasionar sorucu ventilyatorlardan istifadə etmək lazımdır. Yanğını həcmi üsulla söndürdükdə, otaqların ventilyasiya olunması qadağandır.
5.12.6 Həcmi yanğınsöndürmə vasitələrinin tətbiqindən sonra təkrar alovlanmanın qarşısını almaq məqsədi ilə həmin sahənin (otağın) ventilyasiyasını yanğın söndürüləndən 30 dəqiqə sonra həyata keçirmək lazımdır. Ventilyasiya, qazların və iyin tam çıxarılmasına qədər, azı 30 dəqiqə aparılmalıdır.
5.12.7 Yanğının həcmi yanğınsöndürmə vasitələri ilə söndürüldüyü ventilyasiya olunmamış otaqlara, bütün ehtiyat qaydalarına riayət olunmaqla, izoləedici nəfəsalma aparatlarından, qoruyucu troslardan, daşınan partlayışa qarşı təhlükəsiz icralı akumlyator fənərindən istifadə etməklə və qabaqcadan otaqda temperaturun 60°C yuxarı olmadığına əmin olduqdan sonra daxil olmağa icazə verilir.
5.12.8 Yanğını söndürərkən aşağıdakılara əməl olunmalıdır:
- yanar maddələrin yanğın mənbəyinə daxil olmasının qarşısını almaq;
- yanğın mənbəyini havadan təcrid etmək;
- yanar maddələri, onların qazlarının alışma temperaturundan aşağı temperatura qədər soyutmaq.
5.12.9 Dövlət yanğın təhlükəsizliyi xidmətinin gəlməsinə qədər yanğının söndürülməsi üzrə ümumi rəhbərliyi obyektin rəisi həyata keçirməlidir. O, insanların həyatına təhlükə yarandığı halda, dərhal mövcud olan güc və vasitələrdən istifadə etməklə, onların xilasi və təxliyyəsini təşkil etməyə borcludur.
Yanğının söndürülməsi işinə rəhbərlik edən şəxs borcludur:
- lazım gələrsə, stasionar yanğınsöndürmə vasitələrini işə salmağa;
- yanğının söndürülməsində iştirak edən insanların ehtimal olunan zəhərlənmələrdən, yanıqlardan, elektrik cərəyanı ilə zədələnmələrdən qorunmasını təmin etməyə;
- yanğını söndürməklə bərabər texnoloji avadanlıqları və tikinti konstruksiyalarını yüksək temperaturların təsirindən su ilə soyutmağa;
- yanğını söndürərkən təhlükəsizlik texnikası tələblərinə riayət etməyə.
5.12.10 Dövlət yanğın təhlükəsizliyi xidməti gəidikdən sonra, onların gəlişinə qədər yanğının söndürülməsinə rəhbərlik edən obyektin rəisi borcludur;
-Dövlət yanğın təhlükəsizliyi xidmətinin rəisinə (zabitinə) yanan obyektin xüsusiyyətləri və yanğının söndürülməsinin gedişi barədə məlumat verməyə;
-yanğınsöndürən bölmələrin (elektrik enerjisi və digər təhlükəli amillərin təsirindən) təhlükəsiz işləməsini təmin etməyə.
Qəza yerinə gəlmiş yanğınsöndürmə bölmələrinin rəisi (zabiti) yanğının şəraitindən asılı olaraq, qərargah yaratmalıdır. Qərargahın tərkibinə idarənin (obyektin) məsul işçiləri -baş mühəndis, baş mexanik, obyektin rəhbəri və yaranmış vəziyyətdən asılı olaraq digərləri cəlb olunmalıdır.
5.12.11 Yanğınsöndürmə qərargahına daxil olan idarənin nümayəndələri aşağıdakıları yerinə yetirməlidirlər:
- yanan obyektin xüsusiyyətləri, texnologiyaları, yüksək temperaturun təhlükəli zonada yerləşən texnoloji avadanlıqlara, məhsullara, aparatlara, tutumlara təsirinin təhlükəsi barəsində məsləhətlər verməli;
- yanğının söndürülməsinə rəhbərlik edənin göstərişinə uyğun olaraq kommunikasiyaların açılması və başqa səmtə döndərilməsi üzrə işləri həyata keçirməli;
- yanğının söndürülməsi işlərinin yerinə yetirilməsi ilə əlaqədar işçi (fəhlə) qüvvəsi və MTİ ilə təmin etməli;
- yanğının yayılmasının qarşısının alınması və söndürülməsi işlərinin yerinə yetirilməsi üçün avtonəqliyyat və texnika ilə təmin etməli;
- yanğın söndürən ayrı-ayrı şəxslərin və xidmətlərin fəaliyyətinə düzəliş verməli.
5.12.12 Müdiriyyət obyektdə baş vermiş hər bir yanğın hadisəsinin yaranmasına və yayılmasına şərait yaratmış bütün səbəbləri aydınlaşdırmalı və lazımi profilaktiki tədbirləri həyata keçirməlidir.



Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə