Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Yaşayış və xidməti otaqlarda yanğının söndürülməsi



Yüklə 2,46 Mb.
səhifə108/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   104   105   106   107   108   109   110   111   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

5.13 Yaşayış və xidməti otaqlarda yanğının söndürülməsi
5.13.1 Yaşayış və xidməti otaqlarda yanğının söndürülməsi üçün əsasən su söndürmə sistemlərindən (dağınıq və yığcam su şırnağı verən yanğınsöndürmə lülələri, sprinklerlər və s.), lazım gəldikdə isə köpüklə söndürmədən istifadə olunmalıdır. İnsanların olmadığı otaqlarda yanğının karbon qazı ilə söndürülməsinə icazə verilir. Yaşayış və xidməti otaqlarda insanların olduğu dövrdə (zamanda) qazla, buxarla, məhlulla söndürmədən istifadə olunması qadağandır.
5.13.2 Yaşayış və xidməti otaqlarda yanğın zamanı alovun güclənməsinin və yayılmasının qarşısını almaq məqsədi ilə qapıları bağlı saxlamaq tövsiyə olunur. Yanğınsöndürmə lülələri isə illüminatorlardan və ya qapılarda arakəsmələrdə açılmış xüsusi (deşik) yarıqlardan verilməlidir.
5.13.3 Ağacdan və digər yanan materiallardan düzəldilmiş əşyalar olan otaqlarda yanğın baş vermişsə, yanğınsöndürmə vasitələrinin tətbiq edilməsi ilə eyni zamanda həmin əşyalar sökülüb çıxarılmalıdır. Alovun gizli yayılmasına səbəb olan dekorativ və izoləedici örtüklər sökülməlidir.


5.14 Anbarlarda, fənər və rəngsaz otaqlarında yanğının söndürülməsi
5.14.1 Bu otaqlarda yanğının baş verdiyini müəyyən etdikdə hər şeydən əvvəl qapılar kip (möhkəm) bağlamaq və ventilyasiya borularını tıxaclarla qapamaq lazımdır.
5.14.2 Yanğının söndürülməsi üçün köpük odsöndürənlə-rindon, neft məhsullarının axıb getməsinin (yayılmasının) qarşısını almaq üçün isə qumdan istifadə olunmalıdır. DDÖ (DÖ, ÜQQ) konstruksiyasının və arakəsmələrinin soyudulması üçün dağınıq su şırnağı həm anbarın içərisinə, həm də qonşu otaqlara verilməlidir.
5.14.3 Alovlanmış (yanmış) mayelər bidonlarda saxlanılırsa onların ağzını azbest örtük, brezent və ya digər kip toxunmuş parça ilə örtmək lazımdır. Bidonların və çəlləklərin (xüsusi ilə boş olan) partlamasının qarşısını almaq məsədi ilə onları su şırnağı ilə soyutmaq lazımdır.
5.14.4 Əgər fənər, rəngsaz və şkiper anbarları buxar və karbon qazlı söndürmə sistemi ilə təchiz edilmişsə, onda yanğın zamanı qapılar və ventilyasiya boruları kip bağlanmalı və bu qurğu işə salınmalıdır. Bu halda karbon qazı yanğın tam söndürülənə kimi verilməlidir.



Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə