Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Suyun üzərində yanan neft örtüyünün söndürülməsi



Yüklə 2,46 Mb.
səhifə111/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   107   108   109   110   111   112   113   114   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

5.19 Suyun üzərində yanan neft örtüyünün söndürülməsi
5.19.1 Neft örtüyü (yanacaq) suyun üzərində yandığı zaman, yayıldığı ərazinin ölçülərindən asılı olaraq, alovun hündürlüyü 1 m-dən 6 m-ə qədər ola bilər. Külək və axının təsiri altında örtük daima hərəkət edir (öz yerini dəyişir). Küləyin sürəti 3,4- 12,4 m/s (3-6 bal) olduqda örtük 0,13- 0,27 m/s sürətlə hərəkət edə bilər. Dalğanın hündürlüyü 0,75m qədər olanda neft örtüyünün bütün kütləsi yanır, ancaq dalğanın hündürlüyü 2m qədər olanda örtük su ilə emulsiya əmələ gətirir və yanmır.
5.19.2 Qəza nəticəsində dənizə tökülmüş neftin alovlanmasının qarşısını almaq məqsədi ilə yanğınsöndürən lülələrdən verilən su şırnağı və gəmilərin daimi manevr etməsi ilə neft örtüyünün uzaqlaşdırılmasını və su ilə emulsiya əmələ gətirməsini təmin etmək tövsiyə olunur.
5.19.3 ÜQQ (DÖ, DDÖ) bortunun yanında neft örtüyü yanan zaman aşağıdakılara əməl olunmalıdır:
- ÜQQ (QG) mümkün qədər küləyin və axının əksi istiqamətində təhlükəli ərazidən uzaqlaşdırılmalıdır;
- yanğınsöndürən lülələrdən verilən fasiləsiz su şırnağı vasitəsi ilə yanan neft örtüyy DDÖ-dən (ÜQQ, QG) uzaqlaşdırılmalıdır;
- təhlükə yaranmış yerlərində dəniz suyunun səthini yanğınsöndürən köpüklə örtmək;
- gəminin təhlükə yaranmış yerlərində gövdəni su şırnağı ilə
soyutmaq.

BÖLMƏ VI. Gəmilərdə yanğın təhlükəsizliyi qaydaları
6.1 Ümumi müddəalar


6.1.1. Bu Qaydaların tələbləri «Xəzərdənizneftdonanma»-nın tabeliyində olan bütün növ gəmilərin istismarı, təmiri zamanı yerinə yetirilməlidir.
6.1.2 Bu qaydaların bir nüsxəsi hər bir gəmi bortunda olmalıdır.
6.1.3 Gəmilərdə yanğın təhlükəsizliyinin təmin olunması zamanı gəmi heyəti beynəlxalq müqavilələri və sazişləri, Azərbaycan Respublikasının nəqliyyat sahəsində, gəmilərin yanğın təhlükəsizliyi sahəsində qəbul olunmuş hüquqi və texniki aktları və bu qaydaları rəhbər tutmalıdır.
6.1.4 Gəmi sahibləri, gəmi kapitanları bu qaydaların müddəalarının öyrənilməsini təşkil etməli və orada nəzərdə tutulan tələblərin, tədbirlərin yerinə yetirilməsini təmin etməlidir.
6.1.5 Gəmi heyətinin bütün üzvləri, eyni zamanda gəminin fəaliyyəti ilə əlaqədar olaraq orada işləyən digər şəxslər, yanğın təhlükəsizliyi qaydalarını bilməli və onun tələblərini yerinə yetirməli, yanğınla mübarizənin praktiki biliklərinə yiyələnməli, yanğın baş verərsə gəminin həyəcan siqnalının cədvəlinə müvafiq hərəkət etməlidir.
Gəmilərdə olan sərnişinlər yanğına qarşı rejimlə tanış olmalı və yanğın təhlükəsizliyi tələblərinə riayət etməlidirlər.
6.1.6 Gəmi üzrə yanğınsöndürmə planının tərkibində yanğınlarla və gəminin dayanıqlığı üçün mübarizənin təşkili məqsədi ilə ekipaj üzvlərindən qəza dəstələrinin (qruplarının) yaradılması nəzərdə tutulmalıdır. Qəza dəstələrinin (qruplarının) sayı və onların üzvlərinin sayca tərkibi gəmi ekipajının sayından və təyinatından asılı olaraq müəyyən edilməlidir.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə