Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Qəza çıxışlarında, qəza zamanı istifadə olunan mənbədən işıqlandırılan, üzərində «Qəza çıxışı» sözləri yazılmış tablo quraşdırılmalıdır. 6.2.19



Yüklə 2,46 Mb.
səhifə114/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   110   111   112   113   114   115   116   117   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

6.2.18 Qəza çıxışlarında, qəza zamanı istifadə olunan mənbədən işıqlandırılan, üzərində «Qəza çıxışı» sözləri yazılmış tablo quraşdırılmalıdır.
6.2.19 Gəmidə sutkanın istənilən vaxtı bütün bağlanan otaqlara giriş təmin olunmalıdır. Bağlı otaqda, içəri tərəfdən, açar kiliddən çıxarılmalıdır. Təxliyə yollarında yerləşən qapırların kilidlənməsi qadağandır.
6.2.20 Gəmidə insanlar (ekipaj üzvləri, sərnişinlər, gəmi təmiri müəssisəsinin işçi heyəti) olan zaman təxliyə yolları daima işıqlandırılmalıdır.
6.2.21 Sərnişin daşıyan gəmilərdə həyəcan siqnalının cədvəlinə, sərnişinlərin konkret otaqlardan təxliyəsinə cavabdeh olan ekipaj üzvlərinin vəzifələri daxil edilir.
6.2.22 Yanğını və onun ilk əlamətlərini (tüstü, yanıq iyi) aşkar edən ekipaj üzvlərindən hər biri:
Yaxında olan xəbərverici və ya istənilən digər üsullarla bu barədə növbə (vaxta) rəisinə xəbər verməli, alov bürümüş otağa hava axınının daxil olmasına yol verməməklə yanğın mənbəyini germetikləşdirməli və dərhal mövcud yanğın söndürmə vasitələri ilə yanğını söndürməyə başlamalı;
- yanğının aşkar olunduğu yerə gələn gəminin rəhbər heyətinə mövcud vəziyyəti məruzə etməli və bundan sonra onların göstərişləri əsasında fəaliyyət göstərməli.
6.2.23 Növbə (vaxta) rəisi yanğın haqqında siqnalı qəbul etdikdən və ya məruzəni dinlədikdən sonra dərhal gəmi üzrə həyəcan siqnalını verir. Bununla eyni zamanda radiotranslyasiya şəbəkəsi vasitəsi ilə (və ya digər üsulla) yanğının aşkar olunduğu yeri elan edir. Əgər yanğının baş verdiyi yer dəqiq məlum deyilsə, onda növbə rəisi yanğın (və ya onun ilkin əlamətləri) haqqında məlumatın daxil olduğu sahə barədə elan verir.
6.2.24 Yanğın baş verən zaman kapitan dərhal qəzalı və qonşu otaqlardan insanların təxliyə (evakuasiya) olunması, yanğın mənbəyinin kəşfiyyatı və onun ləğv olunması istiqamətində tədbirlər görməlidir.
Hadisə gəmi limanında, körpüyə yan almış vəziyyətdə olan zaman baş vermişsə, kapitan (növbə (vaxta) rəisi) bilavasitə özü və ya limanın dispetçeri vasitəsi ilə yanğın barəsində limanın (sahənin) Dövlət Yanğın Mühafizə Xidmətinin bölməsinə (hissəsinə) məlumat verməlidir.
Hadisə gəmi açıq dənizdə üzən zaman baş vermişsə, kapitan yanğın barəsində hövzə idarəetmə orqanlarına, gəmi sahibinə, onlara yaxın olan limanın dispetçerinə məlumat verməli, lazım gələrsə özü və ya dispetçer vasitəsi ilə yaxında üzən gəmilərdən kömək istəməlidir.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə