Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Qüvvədə olan qanunvericiliyə müvafiq olaraq gəmini istismar edən gəmi sahibi yanğın təhlükəsizliyinin təmin edilməsinə cavabdehdir. 6.1.8



Yüklə 2,46 Mb.
səhifə112/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   108   109   110   111   112   113   114   115   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

6.1.7 Qüvvədə olan qanunvericiliyə müvafiq olaraq gəmini istismar edən gəmi sahibi yanğın təhlükəsizliyinin təmin edilməsinə cavabdehdir.
6.1.8 Gəmidə yanğına qarşı rejimin tələblərinin yerinə yetirilməsi üzrə işlərin təşkilini, istismar və təmir zamanı (odlu işlərin görülməsi, partlayış yanğın təhlükəli yüklərin vurulması və boşaldılması və s.) texnoloji prosesləri həyata keçirərkən yanğın təhlükəsizliyi tədbirlərinin yerinə yetirilməsini gəmi sahibi, gəmi təmiri müəssisəsi, limanın müvafiq xidmətləri həyata keçirməlidir. Müvafiq xidmət olmadığı halda həmin funksiyaları mühəndis – texniki xidmətdən təyin olunmuş, yanğına qarşı xüsusi hazırlıq keçmiş şəxslər həyata keçirməlidir.
6.1.9 Bütün yanğın halları, onların səbəbləri, yanğınların ləğv edilməsi və insanların xilası üzrə görülən tədbirlər barəsində gəmi kapitanı hövzənin dispetçer xidmətinə və gəmi sahibinə xəbər verməlidir.


6.2 Gəminin yanğına qarşı qorunma sisteminin yaradılması
üçün görülən təşkilatçılıq tədbirləri, yanğınsöndürmə rejimi,
həyəcan siqnalizasiya sistemi


6.2.1 Bu Qaydaların 6.1.4 bəndinə müvafiq olaraq gəmi sahibi ekipaj üzvlərinin yanğına qarşı hazırlığını təmin etməlidir. Hazırlığa aşağıdakılar daxildir:
- bütün gəmilərin rəhbər və sıravi heyətinə, qəbul olunmuş proqramlar üzrə, yanğın təhlükəsizliyi tədbirlərinin öyrədilməsi;
- normativ aktların tələblərinə uyğun olaraq, gəmilərin rəhbər və sıravi heyətinə sağ qalma üsullarının və qəza hallarında (o cümlədən yanğınla mübarizədə) davranışlarının (hərəkətlərinin) trenajor gəmidə və yaxud sahildəki mərkəzdə öyrədilməsi;
- qəza dəstələrinin (qruplarının) üzvlərinin yanğın söndürənlərin ləvazimatlarında işləmək qaydalarının öyrədilməsi;
- ekipaj üzvlərinin yanğın təhlükəsizliyi tədbirləri üzrə təlimatlandırılması (giriş, ilkin (iş yerində), təkrar, növbədənkənar);
- yanğınla mübarizə məqsədi ilə ümumi gəmi üzrə təlimlərin keçirilməsi.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə