Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Rəhbər heyətin yanğın təhlükəsizliyi məsələri üzrə bilikləri qəbul olunmuş müddətlərdə yollanılmalıdır. 6.2.3



Yüklə 2,46 Mb.
səhifə113/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   109   110   111   112   113   114   115   116   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

6.2.2 Rəhbər heyətin yanğın təhlükəsizliyi məsələri üzrə bilikləri qəbul olunmuş müddətlərdə yollanılmalıdır.
6.2.3 Bütün işə qəbul olunan ekipaj üzvləri, gəmiyə birbaşa iş yerinə getməzdən əvvəl yanğına qarşı giriş təlimatı almalıdır.
Gəmiyə gəldikdən sonra ekipaj üzvü bilavasitə iş yerində ilkin yanğına qarşı təlimatlandırılır. Belə bir təlimatlanma gəmi cədvəli üzrə vəzifələr dəyişilərkən də aparılmalıdır. Hər təqvim ilinin əvvəlində ekipaj üzvlərinin hamısı yanğına qarşı təkrar təlimat almalıdır.
Yanğın təhlükəsizliyi qaydalarının tələbləri pozulduğu halda növbədənkənar təlimatlanma aparılmalıdır.
6.2.4 Ekipaj üzvlərinin gəmidə izoləedici nəfəsalma aparatlarında işləməsinə, heyət təlim keçdikdən sonra, kapitanın yazılı sərəncamı əsasında icazə verilir.
6.2.5 Partlayış, yanğın təhlükəli yüklərin daşınmasını həyata keçirən gəmilərdə ekipaj üzvləri, təhlükəli yüklərin daşınması üzrə normativ aktların tələblərinə cavab verən, qəbul olunmuş proqramlar üzrə əlavə yanğına qarşı hazırlıq keçməlidir.
6.2.6 Gəmilərdə yanğınla mübarizə üzrə praktiki fəaliyyəti məşq etmək məqsədi ilə hər ay, sərnişin daşıyan gəmilərdə ayda iki dəfə, ekipaj üzvlərinin 25% dəyişildikdə isə gəmi ilk reysə çıxmazdan əvvəl, təlimlər keçirilməlidir.
Yanğınla mübarizə üzrə təlimlər, gəmi kapitanı tərəfindən təsdiq edilmiş yanğınsöndürmə planının variantlarının birinə müvafiq, aparılmalıdır.
6.2.7 Bu Qaydaların 6.2.1 bəndinə müvafiq olaraq hazırlıq keçməyən (öyrədilməyən) şəxslər gəmidə işə buraxılmır.
6.2.8 Hər bir gəminin sükan otağında (rubka), maşın şöbəsində, yaşayış otaqlarının dəhlizlərində, göyərtədə yaxşı görünən yerlərdə aşağıda sadalananların yerləşmə planları bərkidilməlidir:
- odadavamlı və oddan qoruyucu konstruksiyaların;
- idarəetmə postlarının;
- stasionar yanğınsöndürmə sistemləri (onların işini idarə edən cihaz və armaturlar da daxil olmaqla) ilə qorunan otaqların;
- yanğın kranlarının;
- yanğın təchizatının;
- müxtəlif şöbələrə, göyərtələrə və s. təxliyyə yolları, dəhlizlər, qapılar göstərilməklə giriş vasitələrinin;
- ventilyasiya sistemlərinin (ventilyasiya sistemlərinin mərkəzi idarəetmə postu, hər bir zonaya xidmət edən ventilyatorlar və hava axınının qarşısını alan qapayıcıvlar da göstərilməklə);
- yanacaq sistemlərinin boru kəmərlərini məsafədən idarə olunan bağlayıcı yerlərinin.
Yuxarıda adı qeyd edilən planların əvəzinə bu məlumatlar kitabça şəkilində verilə bilər. Bu kitabçalar gəminin rəhbər heyətinin hər birində, onun bir nüsxəsi isə sükan otağında (rubka) qəza qovluğunda olmalıdır.
Xarici ölkələrə üzən gəmilərdə plan və kitabçalarda olan məlumatlar ingilis dilində də olmalıdır.
6.2.9 Planların ikinci dəsti və ya kitabçanın bir nüsxəsi daima üst tikilinin xaricində su damcılarından qorunan, qırmızı rəngə boyanmış, xüsusi işarə ilə göstərilmiş qutuda (penalda) saxlanılmalıdır.
Qutunun (penalın) yerləşdiyi yer, ölçüləri 400 x 300mm olan, qırmızı haşiyənin içərisində ağ fonda yanan gəmi silueti çəkilmiş, işarə ilə göstərilməlidir.
Qutu (penal) asan açılmalı, qəza-xilasetmə, yanğın gəmilərinin ekipajları üçün asan yanaşma imkanına malik olan, yaxşı işıqlandırılan və imkan daxilində qəza işıqlandırması olan yerlərdə yerləşdirilməlidir.
6.2.10 Uzunluğu 25m-dən artıq olan gəmilər üçün nümunəvi yanğınsöndürmə planlarını gəmi sahibləri işləyib hazırlamalıdır.
Yuxarıda göstərilən gəminin rəhbər heyəti, nümunəvi plana əsaslanaraq, öz gəmilərinin xüsusiyyətlərini nəzərə almaqla, sonda gəmi kapitanı tərəfindən təsdiq edilən yanğınsöndürmə planı işləməlidir.
6.2.11 Yanğınsöndürmə qurğularından istifadə qaydaları haqqında təlimatlar qurğuların idarəetmə postları yerləşən otaqlarda asılmalı, onların surətləri isə sükan otağında (rubka) qəza qovluğunda saxlanılmalıdır.
6.2.12 Yanğına qarşı bağlayıcıların (qapayıcıların), yanğınsöndürmə sistemlərinin boru kəmərlərinin, yanğına qarşı təchizatın və onun saxlandığı yerin markası (damğası) olmalıdır.
6.2.13 Bütün gəmi otaqları, qəza çıxışları, yanğına qarşı bağlayıcılar (qapayıcılar), yanğınsöndürmə sistemləri, yanğın siqnalizasiyası, yanğına qarşı avadanlıqların əşyaları, inventarların məsafədən saxlama (dayandırma) intiqalları, yanacaq (yağ) nasosları və separatorlar, yanacaq və yağ sistemlərinin tez qapayıcı klapanları, ventilyasiya klapanlarının qapayıcı qurğuları kapitanın sərəncamı ilə ekipaj üzvlərinə təhkim edilir. Ekipaj üzvləri təhkim olunduqları obyektlərdə yanğına qarşı rejimin saxlanılmasını və həmin obyektlərin sazlığını qəbul edilmiş müddətlərdə yoxlamalıdır.
6.2.14 Bütün otaqların qapılarının iki dəst açarı olmalıdır. Birinci dəst açarlar saxlanılmalıdır:
- yanğınsöndürmə stansiyalarının, rumpel və ehtiyat çıxışlarının açarları, bu otaqlara girişlərdə və bilavasitə ehtiyat çıxışlarının yaxınlığında yerləşdirilmiş xüsusi qutularda;
- maddi sərvətlər saxlanılan otaqların açarları, otaqların müdirlərində;
- ekipaj olan kayutların açarları – ekipaj üzvlərinin özlərində;
- sərnişin olan kayutların açarları – bu məqsəd üçün düzəldilmiş otaqlarda, xüsusi lövhədə;
Bütün otaqların açarlarının ikinci dəsti, ekipaj üzvlərinin kayutlarının açarları istisna olmaqla, gəmi kapitanı tərəfindən müəyyən edilmiş otaqda, xüsusi lövhədə saxlanılmalıdır. Lövhə açarla bağlanmalı, möhürlənməli, lövhənin açarı otağın açarı ilə birlikdə növbə (vaxta) rəisində olmalıdır. Ekipaj üzvləri olan kayutların açarlarının ikinci dəsti birinci şturmanın kayutundakı lövhədə saxlanılmalıdır. Bu lövhənin açarı birinci şturmanda və ya növbə (vaxta) rəisində olmalıdır.
6.2.15 Gəmidə, yalnız xüsusi ayrılmış yerlərdə siqaret çəkməyə icazə verilir. Siqaret çəkmək üçün yerlər içərisi su ilə dolu metal qutular və «siqaret çəkmək üçün yer» yazısı olan lövhəciklə, yaşayış və sərnişin otaqları isə külqabılarla təchiz olunmalıdır.
6.2.16 Gəmilərdə yanğının yaranmasının qarşısını almaq məqsədi ilə aşağıdakılar qadağandır:
- asan alışan və yanar mayeləri, silgi materiallarını açıq və yana bilən tarada, öz-özünə alışa bilən yağ, benzin, ağ neft, lak, həlledicilər hopmuş materialları tay və bağlamalarda qalaqlanmış halda, boyaları, lakları, həllediciləri və digər asan alışan mayeləri – rəngsaz anbarlarının xaricində, eyni zamanda kəpitkə, əski və digər lifli materiallarla birlikdə saxlamaq;
- paltarları, yanar əşyaları və materialları qızdırıcı və məişət elektrik cihazlarının yanında saxlamaq və qurutmaq;
- daxili trapların altında yanar materialların saxlanılması üçün anbar düzəltmək;
- keçidləri, əsas və ehtiyat çıxışları, yanğınsöndürmə vasitələrinə yanaşma yollarını tutmaq (qalaqlamaq), keçidlərdə əlavə avadanlıqlar yerləşdirmək və quraşdırmaq, təmir zamanı isə keçidlərdə yanar qaz, maye və oksigen şlanqlarını və boru xətlərini yerləşdirmək;
- bu məqsəd üçün nəzərdə tutulmayan yerlərdə siqaret çəkmək;
- açıq oddan istifadə etmək (məşəl, şam və s.);
- ştatdan kənar elektrik qızdırıcı cihazlarından istifadə etmək.
6.2.17 Gəmi otaqlarında (sükan otağında (rubka), maşın şöbəsində, idarəetmə postlarında, yaşayış və xidməti otaqların dəhlizlərində və s.) yaxşı işıqlandırılan, gözə çarpan yerlərdə təxliyyə (evakuasiya) yollarının sxemi yerləşdirilməlidir. Belə sxemlərdən başqa, yaşayış və xidməti otaqların dəhlizlərində qaranlıqda işıqlanan boya ilə çəkilmiş, insanların təxliyyə yollarını göstərən ox işarələri olmalıdır.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə