Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Açıq göyərtədə (yaruslarda) və üst tikililərdə yanğının söndürülməsi



Yüklə 2,46 Mb.
səhifə109/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   105   106   107   108   109   110   111   112   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

5.15 Açıq göyərtədə (yaruslarda) və üst tikililərdə yanğının söndürülməsi
5.15.1 Üst tikilidə yanğını söndürmək üçün əsas vasitə kimi, su və orta artımlı mexaniki-hava köpüyü istifadə olunur.
5.15.2 Üst tikilidə yanğın baş verdikdə, onun söndürülməsi ilə bərabər xilasedici şlyubkalar (alovlanmanın qarşısını almaq məqsədi ilə) dərhal endirilməlidir.
5.15.3 Kənar göyərtələrdə yanğının söndürülməsi üçün köpük odsöndürənlərdən və ya sudan istifadə olunmalıdır. Yanar materialları dərhal sökmək və aşağıda yerləşən otaqların vəziyyətini əsaslı surətdə yoxlamaq lazımdır.
5.15.4 Yanğının üst tikililərdə və açıq göyərtələrdə söndürülməsi üçğn:
- yanğın mənbəyinə çoxlu sayda su şırnağı verilməlidir (imkan daxilində küləkdöyən tərəfdən);
- yanğın mənbəyinin yaxınlığında yerləşən isti (qızmış) konstruksiyalar və materiallar su ilə soyudulmalıdır;
- yanan otaqlarla qonşu (birləşik) olan bölmələrə nəzarət edilməlidir.


5.16 Maşın-qazanxana otaqlarında yanğının söndürülməsi
5.16.1 Qazanxanada yanğının söndürülməsinin ən effektli üsulu yanğın mənbəyinə gələn havanın qarşısının alınmasıdır.
5.16.2 Yanğının söndürülməsi üçün aşağıdakılar tətbiq olunmalıdır:
- karbon qazlı və kimyəvi köpük odsöndürənlər, stasionar və daşınan köpük generatorlarından verilən köpük (əgər onlar gəmidə quraşdırılmışsa);
- püsgürdücüdən verilən su;
- gəmidə karbon qazlı yanğınsöndürmə sistemi mövcuddursa, qazanxana karbon qazı ilə doldurulmalıdır;
- buxarla söndürmə;
- qum.
Maşın - qazanxana otaqlarında yanğının effeklli söndürülməsi üçün bütün yarıqlar (deşiklər) bağlanmalıdır.
Maşın otaqlarında yanğını söndürərkən ən eftekli vasitə kimi karbon qazından və orta artımlı (100:1) köpükdən və eyni zamanda dağınıq su və halloid karbohidrogen əsaslı tərkiblərdən istifadə olunmalıdır. Yanğının qarşısının alınması (məhdudlaşdırılması) və tüstünün çıxardılması üçün yüksək artımlı köpükdən (1000:1) istifadə etmək tövsiyə olunur.
5.16.3 Əgər mövcud yanğınsöndürmə vasitələri ilə yanğını söndürmək mümkün deyilsə, onda dərhal qazanların fəaliyyəti (işi) dayandırılmalı, növbənin şəxsi heyəti təxliyə olunmalı, qazanxana germetikləşdirilməli, ora karbon qazı buraxılmalı, (verilməli), qonşu arakəsmələrin rəng örtüyünün alovlanmasının qarşısını almaq üçün su şırnağı verilməlidir.
5.16.4 Qazanxanaların germetikləşdirilməsi və karbon qazının (buxarın) oraya buraxılması, yanğının söndürülməsinin ən axırıncı (son) tədbirləridir. Qazanxana, yanğın söndürüldükdən, xarici səthləri soyudulduqdan və oradan karbon qazının qalıqları tam təmizləndikdən (deqazasiya) sonra, açılmalıdır.



Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə