Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Flans birləşmələrinin ara qatı yüksək temperaturlarda dağılmayan və deformasiyaya uğramayan materiallardan hazırlanmalıdır. 5.10.18



Yüklə 2,46 Mb.
səhifə106/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   102   103   104   105   106   107   108   109   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

5.10.17 Flans birləşmələrinin ara qatı yüksək temperaturlarda dağılmayan və deformasiyaya uğramayan materiallardan hazırlanmalıdır.
5.10.18 Boru kəmərlərində əmələ gələn tıxacların polad çubuqlar və digər qığılcım yarada bilən tərtibatlar vasitəsilə təmizlənməsi qadağandır.
5.10.19 Siyirtmələr, kranlar və ventillər səlis (plavno) açılıb-bağlanmalıdır. Siyirtmələri açmaq və bağlamaq üçün ling, polad çubuq və digər qığılcım yarada bilən tərtibatlardan istifadə etmək qadağandır.
5.10.20 Boru kəməri zədələndikdə (partladıqda) qəza zonası dərhal dövrəyə alınmalı, xəbərdaredici işarələr qoyulmalı, nəqliyyatın hərəkəti dayandırılmalı və qəzanın ləğv edilməsi üzrə tədbirlər görülməlidir.
Texnoloji aparat və qurğular
5.10.21 0,07 MPa və daha yüksək izafi təzyiqlə işləyən separatorlar və digər texnoloji aparatlar "Pravila ustroystva i bezopasnoy gkspluataüii sosudov, rabotaöhix pod davleniem" Qaydalarına müvafiq istismara buraxılmalı və istismar olunmalıdırlar.
5.10.22 Erlift quyularının separatorlarından çıxan qaz-hava qarışığında havanın miqdarı yoxlanılmalıdır. Qaz-hava qarışığında havanın həcmi payı 70% -dən çox olmamalıdır.
5.10.23 Texnoloji aparat və qurğuların istismarı zamanı daimi olaraq onların flans birləşmələrinin və kipgəc sıxlaşmalarının germetikliyinə nəzarət edilməlidir. Sızma yerləri aşkar edildikdə, onların ləğvi üzrə tədbirlər görülməlidir.
5.10.24 Təmirə təmizlənməyə ehtiyacı olan texnoloji aparat və qurğular söndürülməli, məhsulu boşaldılmalı, istismarda olan aparatlardan, avadanlıqlardan və boru kəmərlərindən təcrid olunmalı, buxara verilməli və ya təsirsiz qazla üfürülməlidir. Lyukların açılmasını yuxardan başlamaq lazımdır.


5.11 Qəzaların və yanğınların ləğv edilməsi
5.11.1 Hər bir partlayış və yanğın təhlükəli obyekt (DNQMQ, DDÖ, DÖ, ÜQQ, ÖQQ) üçün baş verə biləcək qəzaların operativ ləğvi planları işlənib hazırlanmalıdır.
5.11.2 Açıq fontan və tullanış zamanı lazımdır;
- açıq qaz və neft fontanlarının yaranmasının qarşısının alınması və ləğvi üzrə hərbiləşdirilmiş dəstəni və yanğınsöndürən gəmiləri çağırmaq;
- yanğınsöndürmə vasitələrini işə hazırlamaq;
- quyuda fontanın (tullanış) ləğvi ilə əlaqədar görülən tədbirlərdən başqa, açıq oddan istifadə olunmaqla görülən işləri və digər təhlükəli işləri (avadanlıqların təmzlənməsi, təmiri, mənimsənilməsi və istismarı) dayandırmaq;
- qəza işlərində iştirak etməyən bütün fəhlə və MTİ təhlükəli zonadan çıxarılmalıdır. Qəza yerinə adamların buraxılmasına yalnız qəzanın ləğvi işlərinə cavabdeh olan rəhbər icazə verməlidir;
- qoruyucu vasitələr və qığılcım təhlükəsiz alətlərdən istifadə olunmaqla qəzanın məhdudlaşdırılması və ləğvi tədbirlərini görmək;
- imkan daxilində qəza zonasında yerləşən aparat və tutumlardan AAM və YM çıxararaq uzaqlaşdırmaq, texnoloji aparatlarda təzyiqi aşağı endirmək;
- qəza obyektinin alovlanmasının və ehtimal olunan yanğının qarşısını almaq məqsədi ilə fasiləsiz su təchizatının təmin olunması tədbirlərini görmək;
- DDÖ-də (DÖ) küt quyular varsa, quyudaxili ayırıcı (kəsici) klapanların idarə etmə sistemini işə salmaqla, onların bağlanmasını təmin etmək;
- imkan daxilində lay flüidlərinin töküldüyü (axdığı) yerin su ilə təmizlənməsini təşkil etmək.
Qəza yerlərində və qonşu (həmsərhəd) sahələrdə yanğınsöndürmə və qəza xidmətlərindən başqa, bütün növ nəqliyyatın hərəkəti (keçməsi), gəmilərin keçməsi qadağan olunmalı, yanğın təhlükəsizliyi tədbirlərinə riayət etməklə qəza ventilyasiyası işə salınmalı və qazlanmış otaqların havası təmizlənməlidir.
5.11.3 Qəzanın nəticələri aradan qaldırıldıqdan, qəza yerindəki avadanlığın texniki vəziyyəti və kommunikasiyalar diqqətlə yoxlanıldıqdan, yanar qaz və buxarların partlayış təhlükəli qatılığının yoxluğuna əmin olduqdan sonra, qəza vəziyyətini ləğv etmək olar.
5.11.4 Yanğın təhlükəsizliyi xidmətinin bölməsi qəza yerinə gəldikdə, qəzanın ləğvi üzrə işlərə rəhbərlik edən şəxs həmin bölmənin rəisinə qısa məlumat verir:
- zərərçəkmişlər barədə;
- qəzanın nəticəsi kimi ehtimal olunan partlayış, yanğın, zəhərlənmələr barədə;
- qəzanın baş verdiyi yer, ölçüləri, xarakteri və onun ləğvi üçün görülmüş tədbirlər barəsində;
yanğınsöndürənlər tərəfindən baş verə biləcək yanğının, partlayışın qabağını almaq üçün lazımi tədbirlərin görülməsi və qəzanın ləğv edilməsi üçün görüləcək işlər barəsində.
5.11.5 Qəza yerinə gəlib çıxmış yanğın təhlükəsizliyi xidməti bölmələrinin rəisi aşağıdakılara əməl etməlidir:
- qəzanın ləğvi üzrə işlərə rəhbərlik edən şəxsdən 9.1.4 bəndində sadalanmış məsələlər barəsində məlumat almalı;
- insanları təhlükə gözləyirsə, onların qorunması və xilas edilməsi üçün lazımi tədbirlər görməli, təhlükəli zonada qalmış insanların sayı haqqında məlumatların düzgünlüyünü yoxlamalı, qəzanın ləğvi üzrə işlərə rəhbərlik edən şəxslə razılaşdırılmış şəkildə əlavə olaraq, qəza yerlərini araşdırmalı;
- qəza nəticəsində yarana biləcək yanğının vaxtında ləğv edilməsi üçün güc və vasitələri hazırlamalı;
- qəzanın ləğvi üzrə işlərin görülməsi zamanı yanğına qarşı rejimin əməl olunmasına nəzarət etməli;
- qəzanın ləğvi üzrə işlərə rəhbərlik edən şəxslə razılaşdırılmış tədbirlərin (yanğının qarşısının alınması və söndürülməsi) yerinə yetirilməsini təmin etməlidir.
5.11.6 Qəza ləğv edilən dövrdə yanğın baş vermişsə, onda yanğının söndürülməsinə rəhbərliyi bilavasitə yanğın təhlükəsizliyi xidmətinin bölmə rəisi həyata keçirməlidir. Bu vaxt o, qəzanın ləğvi üzrə işlərə rəhbərlik edən şəxslə həmişə əlaqədə olmalı və onu sistematik olaraq yanğının söndürülməsi işinin gedişi barəsində məlumatlandırmalıdır.
5.11.7 Qəzaların ləğvi zamanı müəssisənin (obyektin) texniki heyətinin, yanğın təhlükəsizliyi xidmətinin, açıq qaz və neft fontanlarının ləğvi və xəbərdarlığı üzrə hərbiləşdirilmiş hissənin birgə fəaliyyət qaydası aşağıdakı normativ texniki sənədlərlə müəyyən edilir: RD 51-44-81 "Opranizaüiə i bezopasnoe vedenie rabot pri likvidaüii otkrıtıx qazovıx i neftənıx fontanov na kontinentalğnom şelğfe» və "Boevoy ustav pojarnoy oxranı» (1985).



Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə