Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ



Yüklə 2,46 Mb.
səhifə103/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   99   100   101   102   103   104   105   106   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

5.8.72 Gəmilərin körpüdə dayandığı vaxt, neftin doldur­ma-boşaltma əməliyyatları ilə əlaqəsi olmayan digər gəmi və qayıqların körpüyə yan alması qadağandır.
5.8.73 Gəmidə doldurma-boşaltma əməliyyatı vaxtı təmir işlərinin görülməsi qadağandır. Müstəsna hallarda Dövlət Nəzarəti Xidməti ilə razılaşdırıldıqdan və yanğın təhlükəsizliyini təmin edən bütün tədbirlər yerinə yetirildikdən sonra gəmi təmiri üzrə ayrı-ayrı işlərin görülməsinə icazə verilə bilər.
5.8.74 Neft daşıyan gəmilərdən neft məhsullarının və məhsulaltı suyun hövzəyə vurulması qadağandır.
5.8.75 Şimşək çaxan zaman doldurma-boşaltma işlərinin aparılması qadağandır.
5.8.76 Doldurma-boşaltma əməliyyatında istifadə olunan alətlər zərbədən qığılcım yaratmayan metaldan hazırlanmalıdır.
5.8.77 Donmuş boru kəmərlərinin açıq odla qızdırılması qəti qadağandır. Lazım gələrsə körpü buxar xətti ilə təmin olunmalıdır.
5.8.78 Körpülərin işıqlandırılması stasionar partlayış mühafizəli olmalıdır.
5.8.79 Doldurma əməliyyatı zamanı yerli işıqlandırma üçün partlayış mühafizə icralı akkumulyator fənərlərindən istifadə olunmalıdır.


5.9 Neft və qaz quyularının cari və əsaslı təmiri


5.9.1 Qaz qazötürücü dayağa (xəttə) ötürülməlidir.
5.9.2 Boru və ştanqları burub bağlayan və açan aparatlara elektrik enerjisinin verilməsi üçün nasaz kabeldən istifadə etmək qadağandır.
5.9.3 Boruları qaldırma- endirmə zamanı işdə uzun fasilələr yaranarsa, quyu ağzı etibarlı surətdə germetiklənməlidir. Qaz, neft, su təzahürü gözlənilən quyularda tullanışa qarşı avadanlıq olmalıdır.
5.9.4 İçərisində neft olan boruları qaldıran zaman, neftin tökülməsinin və sıçramasının qarşısını almaq üçün xüsusi tərtibatdan istifadə olunmalıdır.
5.9.5 Qum tıxacını su ilə yuyarkən, istifadə olunmuş maye tutuma axıdılmalıdır. Qum tıxaclarının neftlə yuyulması qapalı dövrə ilə aparılmalıdır.
5.9.6 Qaz, neft, su təzahürü gözlənilən quyularda, qum tıxacını təmizləyən zaman yuma borularında tullanışa qarşı siyirtmə və ya quyu ağzında germetikləşdirici qurğu qoyulmalıdır.
5.9.7 Tıxacın yuyulması, təmizlənməsi və ya pistonla dartma (svabirovanie) işləri aparılan quyuya işçi meydançanın yuyulması üçün (ventili və şlanqı olan) su xətti çəkilməlidir.
5.9.8 Quyu dibini təmizləyən zaman qığılcımın əmələ gəlməsinin qarşısını almaq məqsədi ilə kanatın quyu ağzına sürtünməsinə yol verilməməlidir. Bunun qarşısını almaq üçün quyu ağzı mis qıfla təchiz olunmalıdır.
5.9.9 Fontan quyularında, neft-qaz təzahürü mümkün olan quyularda, eləcə də məhsulunun tərkibində kükürd qazı olan quyularda qum tıxacını jelonka ilə təmizləmək qadağandır.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə