Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ



Yüklə 2,46 Mb.
səhifə104/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   100   101   102   103   104   105   106   107   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

5.9.10 Jelonkanı işçi meydançaya boşaltmaq qadağandır.
5.9.11 Quyuda neft-qaz təzahürü mövcuddursa sementlmə işlərinə başlamaq qada-ğandır.
5.9.12 Qaldırıcı-traktor quyu ağzından azı 25m məsafədə yerləşdirilməlidir.
5.9.13 Yuma aqreqatı yanğın kranın yanında yerləşdirilməlidir. Aqreqatın kabinası quyu ağzına tərəf istiqamətləndirilməlidir.
5.9.14 Qaldırıcı-traktorun yanacaq doldurmazdan əvvəl mühərriki söndürülməli və qızmış hissələri soyudulmalıdır.
5.9.15 Quyunu boğduqdan və ondakı təzyiqi atmosfer təzyiqinə qədər endirdikdən sonra quyu ağzı armaturu sökülməlidir.

5.10 Boru kəmərlərinin çəkilməsi, texnoloji boru kəmərləri, texnoloji aparat


və qurğular. Boru kəmərlərinin çəkilməsi


5.10.1 Qaz və kondensat kəmərləri istisna olmaqla, boru kəmərlərinin estekadanın əsas yol hissəsinin məhəccərinin (çəpərinin) yanında və arxasında çəkilməsinə icazə verilir.
Qaz və kondensat kəmərləri isə yalnız estakada məhəccərinin (çəpərinin) arxasından çəkilməlidir.
5.10.2 Boru kəmərlərinin estakada məhəccərinin (çəpərinin) arxasından iki yarus çəkilməsinə icazə verilir. Boru kəmərlərinin yuxarı və aşağı yarusları arasında məsafə 1m-dən az olmamalıdır. Yuxarı yarusdakı boru kəmərlərinin dayaqlarının aşağıdakı boru kəmərlərinin üzərinə qoyulması qadağandır.
5.10.3 Qaz və neft kəmərlərinin kəsişdiyi yerdə, qaz kəmərləri neft kəmərlərinin üstündən kecməlidir.
5.10.4 Qaz kəmərlərinin, estakadanın və estakadayanı meydançanın altından keçməsi halları istisna olmaqla, estakadanın döşəməsindən aşağı səviyyədə yerləşdirilməsi qadağandır.
5.10.5 Boru kəmərlərinin estakadanın üstündən keçdiyi yerlərdə onların yoldan olan hündürlüyü 4,5m az olmamalıdır.
5.10.6 Qaz kəmərlərinin, estakadayanı meydançaların yalnız altından polad borulardan ibarət patronda və patronun bir tərəfində hündürlüyü 5m az olmayan şamdan ibarət, keçidinə icazə verilir.
5.10.7 Boru kəmərləri trası hava elektrik ötürücü xətləri (EÖX) olan ərazidən keçirsə, tras EÖX dayaqlarından 10m üstəgəl dayağın hündürlüyü qədər olan məsafədən keçməlidir.
5.10.8 İstismar dirəkləri (boruları) DDÖ-ün qırağında gəmilərin yan aldığı zonadan aralı yerləşdirilməlidir. Dirəkləri özülün altına yönəltmək və yaşayış blokundan 15m-dən az məsafədə yerləşdirmək qadağandır. Dirəklər (borular) arasında məsafə 0,5m-dən az olmamalıdır. Dirəklərin özülə bərkidilən yerlərində ara qat qeyri metal təbəqədən olmalıdır.



Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə